Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair müşavirə keçirilib - FOTO

İyunun 21-də Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müşavirədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında İşçi qrupların rəhbərləri – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev və məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri iştirak ediblər.
Ə.Əhmədov çıxışında Prezident İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ın icrası ilə bağlı işlərin davam etdirildiyini bildirib, əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Onun verdiyi məlumata görə, dövlət başçısının 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 45 faizdən çox, fiziki şəxs fərdi sahibkarların sayında 68,1 faiz, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 8 dəfə artım olub. Qeyd edilib ki, bu sahədə əldə edilmiş nailiyyətlərin davamlılığını təmin etmək və qarşıda duran vəzifələrin həlli üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyəti daha da təkmilləşdirilməlidir.

Müşavirədə Komissiya Katibliyinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev ötən müşavirədə verilən tapşırıqlara uyğun olaraq məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri tərəfindən görülmüş işlərə dair təqdimatla çıxış edib.

İclasda Mingəçevir şəhəri, Siyəzən və Şamaxı rayonları üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri tapşırıqlar üzrə görülmüş işlər, o cümlədən qeyri-formal məşğulluğun qarşısının alınması və digər sahələrdə həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Tədbirdə qeyri-formal məşğulluqla mübarizə və işəgötürənlərlə əməkdaşlıq sahəsində səmərəli fəaliyyətinə görə bir sıra əlaqələndirmə komitələrinin rəhbərləri təltif ediliblər.

Müşavirədə əlaqələndirmə komitələrinin səmərəli fəaliyyətinin təşkili məqsədilə müvafiq tapşırıqlar verib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

Bu gün Azərbaycanda “Son zəng”dir

Bu gün Azərbaycanda “Son zəng”dir

Həftənin ilk günü İŞ OLMAYACAQ

Həftənin ilk günü İŞ OLMAYACAQ

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs HƏBS OLUNDU

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO