Tovuzda zəncirvari qəza olub.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Musa Musayev küçəsində qeydə alınıb.
Məlumata görə, küçədə hərəkətdə olan minik maşınının sürücüsünün sükan araxasında səhhəti pisləşib. Bu zaman idarəetmənin itməsi nəticəsində maşın 4 avtomobilə çırpılıb.
Həmin şəxs ürək tutmasından hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media