Güclü külək Ağstafada da ciddi fəsadlar törədib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında qəfildən başlayan fırtına Ağsatafanın mərkəzində iri gövdəli 2 ağacı aşırıb.
Təbii fəlakət nəticəsində parkda istirahət edən 1948-ci il təvəllüdlü Tahir Abbasov və 1962-ci il təvəllüdlü İlham Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Dağkəsəmən kəndində isə fermada ağacın aşması 2006-cı il təvəllüdlü Elcan Əlibalayevin xəsarət alması ilə nəticələnib.
Rayon ərazisində onlarla ağacın qırıldığı və ya aşdığı bildirilir.
Güclü küləyin digər fəsadları müəyyənləşdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu