Lənkəran Müalicə və Diaqnostika Mərkəzində xəstələr natəmizlikdən şikayətçidirlər - İDDİA

Ötən gün Lənkəran Müalicə və Diaqnostika Mərkəzində stasionar müalicə alan pasiyentlərdən biri tibb müəssisəsində vəziyyətin acınacaqlı olduğunu bildirib. Məlumatda sözügedən xəstəxanada su kranlarının sınıq olduğu, müəssisədə su təchizatının işləmədiyi və sanitar qovşaqların bərbad olduğu da iddia edilib.

Bizim.Media xəbər verir ki, tibb müəssisəsində iddia edildiyi kimi natəmizlik olub-olmadığını dəqiqləşdirmək məqsədilə sözügedən Lənkəran Müalicə və Diaqnostika Mərkəzi ilə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüf ki, qeyd edilən (+994 2525) 4-79-75 əlaqə nömrəsinə cavab verən tapılmadı.

Məsələ ilə bağlı oxu.az TƏBİB-ə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, iyunun 5-də Lənkəran Regional Perinatal Mərkəzə gələn magistral qaz xəttində problem yaranıb, ətrafda yaşayan əhali üçün təhlükə yaratdığından təmir-bərpa işləri səbəbindən qazın verilişi müvəqqəti olaraq dayandırılıb:

"Bu səbəbdən mərkəzin pasiyentlərinin isti suya olan tələbatında problemlər yaranıb. Yaranan vəziyyət tezliklə aradan qaldırılacaq. Əlavə olaraq bildirmək istəyirik ki, Regional Perinatal Mərkəzdə su problemi yoxdur və bütün sanitar qovşaqlarda su kranları işlək vəziyyətdədir. Mərkəzin camaşırxanası fəaliyyət göstərir, yataq dəstləri də sanitar-gigyenik normalara uyğun yenilənir.

Perinatal Mərkəzdə sanitar-gigiyena qaydalarına tam əməl olunur, vaxtaşırı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və xəstəxana daxili İnfeksiyaya nəzarət komitəsinin təlimatına uyğun olaraq dezinfeksiaya işləri aparılır.

Məlumat üçün bildiririk ki, hamilə qadın iyunun 8-də Lənkəran Regional Perinatal Mərkəzdə təbii doğuş yolu ilə dünyaya qız uşağı gətirib və zahılıq dövrünün qaydalarına uyğun olaraq tibbi yardım alıb. Yenidoğulmuş Neonatologiya şöbəsində nəzarətdə saxlanılıb.
Zahı qadın mərkəzdə olduğu müddətdə tibbi xidmətdən narazı olmayıb və bunu Perinatal Mərkəzin məmnunluq jurnalında hər gün üçün öz imzası ilə təsdiq edib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Ermənistanla sərhədi açdı

Türkiyə Ermənistanla sərhədi açdı

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

Bu gün Azərbaycanda “Son zəng”dir

Bu gün Azərbaycanda “Son zəng”dir

End of content

No more pages to load

RADİO