Sumqayıtda 31 yaşlı hamilə qadın ərini bıçaqladı - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü İranə qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Məmmədi (adlar şərti verilib - red.) bıçaqlayıb.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə 19 iyul 2022-ci ildə, gecə saat 23 radələrində baş verib. İranə yaşadığı evin qonaq otağında qeyri-rəsmi yaşadığı Məmmədin onu hamilə vəziyyətdə qoyaraq getməsinə, ayrı-ayrı qızlarla görüşməsinə iradını bildirib.

Bu səbəbdən onların aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı İranə ərini cəzalandırmaq üçün qisas məqsədilə mətbəxdən götürdüyü bıçaqla onun sol qarın nahiyəsinə bir dəfə vurub.

Hadisəni törədən İranənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İranə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə iyulun 19-da gecə baş verib:

"Hadisə baş verdiyi gün Məmməd sərxoş vəziyyətdə evə gəldi. Sərxoş vəziyyətdə olduğu üçün özünü idarə edə bilmədi və məni döyməyə başladı. Aramızda olan mübahisə təxminən 2 saat müddətində davam etdi. Məmməd mənim hər yerimə vurdu".

Təqsirləndirilən şəxs qeyd edib ki, Məmməd onu döyərkən 7 aylıq hamilə olub və onun uşağına xəsarət yetirəcəyindən qorxub:

"Həmin vaxt divanın üzərində bıçaq var idi. Mən də məcbur qalaraq həmin bıçağı götürdüm və Məmməddən müdafiə olunmaq üçün onu vurdum. Məmmədi bıçaqla vurmaqda məqsədim sadəcə özümü və bətnimdəki uşağımı müdafiə etmək olub".

İş üzrə zərərçəkmiş Məmmədin sözlərinə görə, İranəni 5 ildir tanıyır:

"Biz 2 ildir ki, birgə yaşayırıq. Əvvəllər evli olmuşam. Əvvəlki evliliyimdən də övladım var. Hadisə baş verdiyi gün 0,7 litr miqdarında spirtli içki qəbul etdim və sərxoş vəziyyətdə oldum. Spirtli içki qəbul etdikdə öz hərəkətlərimi idarə edə bilmirəm. İranə ilə aramızda qısqanclıq zəminində mübahisə yarandı. Biz bir müddət mübahisə etdikdən sonra əsəbiləşərək bıçağı götürdüm. Lakin həmin bıçaqla ona zərbə endirmədim. Bıçağı divanın üzərinə tulladım. Sonra İranəni döydüm. Onu döydüyüm vaxt hamilə idi".

Zərərçəkmişin ifadəsinə görə, İranə ona bıçaq zərbəsi endirdikdən və onların mübahisəsi sona çatdıqdan bir müddət sonra ağrılarının olduğunu bilib:

"İranə də dərhal məni xəstəxanaya apardı. Xəstəxanada məndən kim tərəfindən bıçaqlanmağım soruşuldu. Polis əməkdaşlarına da tanımadığım şəxslər tərəfindən bıçaqlandığımı bildirdim".

Məmməd deyib ki, bundan sonra bu məsələ yekunlaşıb, onlardan bu bıçaqlanma olayı ilə bağlı nəsə soruşan olmayıb:

"Təxminən 6-7 ay sonra İranə ilə yenidən aramızda mübahisə yarandı. Bu mübahisə zamanı da sərxoş vəziyyətdə olmuşam. İranə əsəbiləşərək polis orqanına şikayət etdi".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İranənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Ermənistanla sərhədi açdı

Türkiyə Ermənistanla sərhədi açdı

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

Bu gün Azərbaycanda “Son zəng”dir

Bu gün Azərbaycanda “Son zəng”dir

End of content

No more pages to load

RADİO