İyunun 9-da keçirilmiş imtahanın nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə iyunun 9-da keçirilmiş əlavə imtahanın nəticələrini elan edib.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

RK və Rİ altqruplarının hər ikisini seçən 11804 abituriyentdən 1079 nəfər informatika, DT və TC altqruplarının hər ikisini seçən 6636 abituriyentdən 1412 nəfər coğrafiya imtahanında iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 2 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhər 74 saylı orta məktəbin məzunu Süleymanov Nəsib Asif oğlu göstərib (ümumi imtahan nəticəsi isə 691.7 baldır).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 24 iyun saat 10:00-dan 26 iyun saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Ermənistanla sərhədi açdı

Türkiyə Ermənistanla sərhədi açdı

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

Bu gün Azərbaycanda “Son zəng”dir

Bu gün Azərbaycanda “Son zəng”dir

End of content

No more pages to load

RADİO