Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları MÜƏYYƏNLƏŞDİ

Nazirlər Kabineti “Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nı təsdiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.11-ci maddəsinə əsasən hazırlanmışdır və müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarlarını müəyyən edir, habelə bu məqsədlə alınan malların, işlərin və xidmətlərin satınalınmasının planlaşdırılması, təşkili və keçirilməsi ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. Qaydanın tələbləri müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarına aid malların, işlərin və xidmətlərin satınalınmasını həyata keçirən dövlət orqanlarına (qurumlarına) şamil edilir. 

Qaydanın əsas məqsədi ölkənin müdafiəsini və dövlət təhlükəsizliyini təmin edən dövlət orqanları (qurumları) üçün məxfilik qorunmaqla, operativ şəkildə etibarlı və dayanıqlı təchizatın təmin olunmasıdır.

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları aşağıdakılardır:

- Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və əhalinin təcavüzdən qorunması;

- Konstitusiya quruluşunun, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin, müdafiəsinin və toxunulmazlığının təmin edilməsi;

- kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi;

- terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə;

- müdafiə sənayesinin inkişafının təmin edilməsi;

- sülhməramlı missiyanın həyata keçirilməsi;

- mühafizə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi;

- strateji əhəmiyyətə malik dövlət obyektlərinin, ixrac neft və qaz boru kəmərlərinin və onların infrastruktur obyektlərinin mühafizəsinin təmin edilməsi;

- kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və kibercinayətkarlığa qarşı mübarizə;

- xüsusi rabitənin və informasiya təhlükəsizliyinin təmin edilməsi;

- məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi;

- mülki müdafiənin təşkili;

- səfərbərlik və hərbi xidmətə çağırış.

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların predmetinə aşağıdakılar aiddir:

- silahların bütün növləri, döyüş sursatları, hərbi təyinatlı texnika, texniki vasitələr, sistemlər, avadanlıqlar, proqram təminatları, lisenziyalar, uçuş aparatları, üzmə vasitələri, maşınlar, alətlər, cihazlar, qurğular, mal-materiallar, dəstləşdiricilər, bunlarla əlaqəli hər növ vasitələr, ehtiyat hissələri, xidmətlər və işlər (istehsal, təmir,modernizasiya, bu istiqamətdə elmi tədqiqat və təcrübi-konstruktor işləri, texniki servis xidmətləri);

- silah, döyüş sursatı, hərbi texnika və digər hərbi əmlak istehsal etmək üçün avadanlıq;

- silahların, döyüş sursatlarının, hərbi texnikanın və digər hərbi əmlakın hazırlanması məqsədilə istifadə olunan xammal, material və onların komponentləri;

- kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan mallar, işlər və xidmətlər;

- hərbi qulluqçuların hərbi geyim forması, əşya əmlakı və ərzaq məhsulları;

- hərbi hissələrin, hərbi şəhərciklərin, hərbi infrastruktur obyektlərinin (bina və (və ya) qurğuların), habelə digər məxfi rejimli obyektlərin (bina və (və ya) qurğuların) layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), sökülməsi, o cümlədən tikinti meydançasının təşkili, zəruri konstruksiyaların qurulması, tamamlama və ya abadlıq işləri, müəllif nəzarəti, habelə bunlarla əlaqədar digər xidmətlər və işlər (qazma, geodeziya, mühəndis-axtarış, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş, seysmik, elmi tədqiqat işləri, əsas fondlara və vəsaitlərə xidmət göstərilməsi);

- müdafiə sənayesi obyektlərinin (silah, sursat, hərbi texnika və digər hərbi əmlakın istehsalı, təkmilləşdirilməsi, təmiri və utilizasiya üçün sahələrin) inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və sökülməsi;

- beynəlxalq və ölkə səviyyəli hərbi təlimlərin və hərbi yarışların təşkili ilə bağlı satın alınan mallar, işlər və xidmətlər;

- fövqəladə və səfərbərlik ehtiyatlarına tədarük olunan mallar;

- xüsusi prosedurun tətbiq edilməsi şərtilə bu Qaydada göstərilən meyarlar üzrə digər satınalmalar.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Ermənistanla sərhədi açdı

Türkiyə Ermənistanla sərhədi açdı

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

Xocasəndə faciə - 76 yaşlı kişi yıxılaraq həyatını itirdi

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

19 şəhərdə böyük imtahan - Sertifikatlaşdırma üçün hazırlıq işləri yekunlaşdı

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

Bu gün məzun olan şəhid övladları – Polad Həşimovun oğlu da var – SİYAHI

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

MİQ-ə müraciət edənlərin sayı 40 mini keçdi – İmtahan nə vaxtdır?

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

Boşandığı gün bayram etdi – Davul-zurna ilə küçəyə çıxdı

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

Bu gün Azərbaycanda “Son zəng”dir

Bu gün Azərbaycanda “Son zəng”dir

End of content

No more pages to load

RADİO