Gənclər və İdman nazir Azad Rəhimovun vəziyyəti ağırdır.
Bizim.Media xəbər verir ki, bununla bağlı qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova feysbuk səhifəsində paylaşım edib.
"Hörmətli media nümayəndələri! Çox xahiş edirəm Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək heç bir infonu paylaşmayın. Mən Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə bundan öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olduğu təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm!",- deyə o qeyd edib.
Bizim.Media
