1992-ci ildə itkin düşən hərbçimiz - Zakir Minad oğlu Muradovun cənazəsi Xaçmaz rayonunun Yeni Sudur kəndinə gətirilib.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, mərhumun doğulduğu evdə vida mərasimi keçirilib.
Daha sonra şəhidin nəşi kənd qəbiristanlığına gətirilib və burada son mənzilə yola salındı.
Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib. Daha sonra havaya yayılım atəşi açılıb. Mərhumun tabutuna bükülmüş Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.
Zakir Muradovun ailə üzvləri şəhidin nəşinin tapılmasında əməyi olan dövlət qurumlarına təşəkkürlərini bildiriblər.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu