"Regionlarımızda radio kanallarına əlçatanlıq yaxşılaşdırılacaq. Bu ilin sonuna qədər əlçatanlıq 90 faizdən yuxarı təşkil edəcək".
Bizim.Media xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” onlayn media subyektləri ilə keçirilən dəyirmi masada deyib.
O qeyd edib ki, bununla bağlı yeni avadanlıqlar gətirilib və quraşdırılması istiqamətində iş aparılır.
Fazil Novruzov əlavə edib ki, bununla yanaşı kənar radio kanalların bizim efir məkanına daxil olmasının qarşısı alınacaq.
Alçina Amilqızı, Bizim.Media