"Ötən il Audiovizual Şura tərəfindən yayımçılara 6 dəfə xəbərdarlıq, 4 dəfə isə yayımın dayandırılması ilə bağlı xəbərdarlıq edilib" .
Bizim.Media xəbər verir bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.
O, bildirib ki, bu il isə cəmi 1 yayımçıya yayımın dayandırılması ilə bağlı xəbərdarlıq olunub.
Fazil Novruzov qeyd edib ki, Şura audiovizual maarifləndirmə aparır və bu bu fəaliyyət istiqaməti qurumun vəzifəsidir. Çünki onlayn media subyektlərinin cəmiyyətə təqdim etdiyi məlumatlar daha təsirlidir.
Alçina Amilqızı, Bizim.Media