Neftçala rayonunun Bankə qəsəbəsindən olan Vətən müharibəsi iştirakçısı Məlikov Azad Yusifəli oğlu qəfil vəfat edib.
Bizim.Media xəbər verir ki, o, dünən axşam saatlarında öz ad günü məclisini keçirirmiş və elə burada Azadın qəfil halı pisləşib.
Yaxınları onu xəstəxanaya çatdırsalar da, Azadın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bir sıra təltiflərlə yanaşı, mərhum Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə "Cəsur döyüşçü" medalına da layiq görülüb.
Sabutay, Bizim.Media, Cənub bürosu