Körpələr arasında ölüm halları niyə artıb? – Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanda son üç ildə bir yaşadək ölən uşaqların sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə 2039 nəfər bir yaşadək uşaq vəfat edib. Onlardan 1146 nəfəri oğlan, 893 nəfəri isə qızdır. 2022-ci ildə 1 yaşadək bütün səbəblərdən ölən uşaqların cəmi sayı 959, 2021-ci ildə isə 840 nəfər olub.

Bir yaşadək körpələrin ölüm səbəbinə gəldikdə isə qeyd edilib ki, ötən il 1287 nəfər perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabirabadda bir yaşlı körpə beşikdə boğularaq dünyasını dəyişdi


2022-ci ildə həmin dövrdəki müxtəlif hallardan ölən uşaqların sayı 392, 2021-ci ildə isə 349 olub.

Ölkədə körpə ölümü səviyyəsinin azaldılmasında 1991-ci ildən bəri ciddi irəliləyişlər olub, 2004-cü ildən sonra bu sahədə müsbət addımlar atılıb. 1991-ci ildə hər 1000 nəfər diri doğulana 93 körpə ölümü halı qeydə alınırdı. Sonrakı illərdə bu rəqəm xeyli aşağı endi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildə bu rəqəm 28.2 nəfərə qədər azalıb.

Bu azalma yaxın illərə qədər davam edib, ana və uşaq ölümlərinin sayında azalma müşahidə edilib. 2019-cu ildə 1 yaşa qədər ölən uşaqların sayı isə 1557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 959 olub. Lakin rəqəmlərdən göründüyü kimi, 2023-cü ildə yenidən 1 yaşadək ölən uşaqların sayı artıb. 

Uşaq ölümlərinin artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev deyib ki, dünyada bir yaşa qədər uşaq (südəmər dövr) ölüm sayı, ölüm faizi həmin ölkənin səhiyyəsinin səviyyəsini göstərir: 

“Təkcə uşaq yox, həm də ana ölümü bura aiddir. Bir yaşına qədər anatomik fizioloji xüsusiyyətləri fərqli olduğuna görə hələ mükəmməl inkişaf eləmir, həm də immuniteti aşağı olur. 
Bu yaşdakı uşaqlar ən çox tənəffüs və mədə-bağırsaq sistemi xəstəliklərinə meyillidirlər və bu onlarda ağır keçir. Bundan başqa, mərkəzi sinir sistemi xəstəlikləri, anadangəlmə patalogiyalar, irsi xəstəliklər, qan xəstəlikləri var. Ona görə də bu uşaqlar arasında ölüm faizi yüksəkdir.

Körpələr arasında ölüm sayının bizdə niyə bu qədər artdığını deyə bilməyəcəm, çünki o rəqəm stabil idi, dünya standartlarına uyğun olmasa da, standart idi. Hamı bilməlidir ki, sadaladığım orqan və sistemlər xəstəliyə çox meyillidir. Perinatal dövrdə, bir aylıq uşaqdakı pnevmaniya bir yaşındakı uşaqdakı pnevmaniyadan ağır keçir, müalicəyə çox çətinliklə tabe olur”.

Həkim bildirib ki, hamilə qadın mayalanma günündən uşaq doğulana qədər mütləq həkim nəzarətində olmalıdır:

“Hamiləlik zamanı keçirilən infeksiyalar birmənalı olaraq dölə, onun immun sisteminə təsir edir. İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin necə olduğunu dəqiq bilmirəm, amma bizdə bu məsələ xoşagələn halda deyil. Hamilə qadın 9 ayda bir dəfə həkim qapısını döymür, doğulanda da bəlli olur ki, ya yarımçıq, ya ağır patalogiya ilə doğulub. Anadangəlmə problemlər müalicəyə çox çətin tabe olur. 

Hamilə qadın mütləq qadın məsləhətxanalarında, nəzarət altında olmalıdır. Xüsusilə, əvvəlki hamiləlikdə düşüklər, qanaxma, ölü doğulma və ya uşağın doğulan kimi ölməsi halı yaşanıbsa, qadın risk qrupuna aiddir. Həkim gərək onun səbəbini araşdırsın və qadının hamilə qalıb qalmamasına qərar versin. Buna isə heç kim əhəmiyyət vermir”.

O, problemin bir səbəbini qeysəriyyə əməliyyatlarında görüb:

“Uşaq təbii yolla doğulmalıdır. Uşaq təbii doğuş yollarından keçərkən bağırsaq immuniteti zədələnmir. Hazırda qeysəriyyə əməliyyatı üçün bir günə bir xəstəxanada 17 qadın növbəyə dayanır. 

Bu, Allaha qiyam qaldırmaqdır. Təcrübə birmənalı olaraq göstərir ki, qeysəriyyə ilə doğulan uşaqların heç bir yerində problem olmasa da mədə-bağırsağında problem olur. Qeysəriyyə əməliyyatına tibbi göstərişlər var, digər hallarda təbii yolla doğulmalıdır. Amma bir qadın bunu istəyirsə və həkim bundan imtina etsə, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə həkimin qadına kömək etməməsi barədə çox kəskin şəkildə yazacaqlar. 

Həkimlər əməliyyat tərəfdarı deyillər. Doğuşdan sonra uşaqda müxtəlif, sadaladığımız problemlərdən varsa, hələ doğum evində tibbi müdaxiləyə məruz qalıbsa, bu da artıq risk qrupuna aid olan uşaqdır. 

Evə gələndən sonra sahə həkiminin ciddi nəzarətində olmalıdır, bir aylığına qədər həkim azı 2 dəfə, tibb bacısı isə həftədə bir dəfə evə getməlidir. Doğuşdan sonrakı bir aylıq zaman ən kritik dövrdür. Bundan sonra hər ay mütəmadi olaraq həkimin yoxlanışından keçməli, boyu, çəkisi, qidalanması, geyimi, havası və s. yoxlanılmalıdır. 
Bir yaşından sonrakı uşaqların da öz xəstəliyi var, son vaxtlar uşaqlar şəkər, zob, mərkəzi sinir sistemi xəstəlikləri, ürək qüsurları və bu kimi xəstəlikdən ölür”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

Sel sularının ziyan vurduğu 25 avtomobil yolu bərpa edilir - VİDEO

Sel sularının ziyan vurduğu 25 avtomobil yolu bərpa edilir - VİDEO

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

Gürcüstanda əcnəbi tələbələrə yeni qadağalar: Dil imtahanı, kvotalar və akkreditasiya tələbi

Gürcüstanda əcnəbi tələbələrə yeni qadağalar: Dil imtahanı, kvotalar və akkreditasiya tələbi

Meksika Prezidenti Dünya Çempionatında biletlərin baha olmasına etiraz etdi - VİDEO

Meksika Prezidenti Dünya Çempionatında biletlərin baha olmasına etiraz etdi - VİDEO

Ermənistanda memorial kompleksə zərər vuran şəxs saxlanıldı - VİDEO

Ermənistanda memorial kompleksə zərər vuran şəxs saxlanıldı - VİDEO

Sevastopol qubernatoru: "Yaxın vaxtlarda PUA-lara qarşı yeni üsul tətbiq olunacaq" - VİDEO

Sevastopol qubernatoru: "Yaxın vaxtlarda PUA-lara qarşı yeni üsul tətbiq olunacaq" - VİDEO

Zelenskidən ŞOK AÇIQLAMA: "Sülh sazişini yəqin ki, Putinlə imzalamayacağıq” - FOTO

Zelenskidən ŞOK AÇIQLAMA: "Sülh sazişini yəqin ki, Putinlə imzalamayacağıq” - FOTO

İran və ABŞ arasında tarixi addım: Qalibaf və Vens bu gün virtual memorandum imzalayacaqlar

İran və ABŞ arasında tarixi addım: Qalibaf və Vens bu gün virtual memorandum imzalayacaqlar

Rusiya İctimai Palatasının rəsmisi: "Çin avtomobilləri artıq Yaponiya və Almaniya modellərini qabaqlayır"

Rusiya İctimai Palatasının rəsmisi: "Çin avtomobilləri artıq Yaponiya və Almaniya modellərini qabaqlayır"

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olundu

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olundu

Alimlər sübut etdilər: İnsan beyni 90 yaşına qədər inkişaf edə bilər

Alimlər sübut etdilər: İnsan beyni 90 yaşına qədər inkişaf edə bilər

Qətər nümayəndə heyəti Tehrandadır: ABŞ-İran sülh memorandumu bu gün onlayn imzalanacaq

Qətər nümayəndə heyəti Tehrandadır: ABŞ-İran sülh memorandumu bu gün onlayn imzalanacaq

Barak Obamanın adaşı onun adından istifadə etdi - Prezidentlik yarışına qoşulur - VİDEO

Barak Obamanın adaşı onun adından istifadə etdi - Prezidentlik yarışına qoşulur - VİDEO

30 kq-ya yaxın narkotiki paytaxtda dövriyyəyə buraxmaq istəyirdi - Həbs edildi - VİDEO

30 kq-ya yaxın narkotiki paytaxtda dövriyyəyə buraxmaq istəyirdi - Həbs edildi - VİDEO

Ermənistanda gərginlik pik həddə: 3 müxalif qüvvə xalqı MSK qarşısına çağırdı

Ermənistanda gərginlik pik həddə: 3 müxalif qüvvə xalqı MSK qarşısına çağırdı

End of content

No more pages to load

RADİO