Lənkəranda ağır qəza baş verib.
Bizim.Media xəbər verir ki, iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi bu səhər rayonun Girdəni kəndi ərazisində baş verib. Hərəkətdə olan minik avtomobil Girdəni kənd sakinləri - 1995-ci il təvəllüdlü Elmar Eldar oğlu Hüseynov və 2000-ci il təvəllüdlü Məhərrəməli Vidadi oğlu Ağayevi vurub.
Piyadalar ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə aparılıb. Hər iki yaralıya tibbi yardım göstərilib.
Vəziyyəti daha ağır olan Elmar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Digər yaralı Məhərrəməli Ağayev travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalıb.
E.Hüseynovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Sabutay, Bizim.Media, Cənub bürosu