Bakıda “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənərək ölən 5 nəfərdən biri əslən Quba rayonundandır.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, zəhərlənmədən ölən Tural Şabəddin oğlu Səfərəliyev Quba rayonunun Rustov İnzibati Ərazi Dairəsinin Hacağalar kəndindəndir.
Fakt kənd icra nümayəndəliyindən təsdiq edilib.
Mərhumun Qubada dəfn edilib-edilməyəcəyi hələlik məlum deyil.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.