Xəbər verdiyimiz kimi, 1992-ci ildə itkin düşmüş şəhidimiz Rüfət Məmmədhüseyn oğlu Cabbarov mayın 4-də Siyəzəndə dəfn olunacaq. Rüfət Cabbarovdan başqa, Birinci Qarabağ müharibəsinin daha iki şəhidi Xaçmazda dəfn oluncaq.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Zakir Minad oğlu Muradov rayonun Yeni Sudur qəsəbəsində, Osman Xəlifə oğlu Rəcəbov isə rayonun Maqsudkənd kəndindəki məzarlıqda dəfn olunacaqlar.
Şəhid dəfnləri ardıcıllıqla saat 13-də Siyəzənin Dağ Quşçu, saat 15-də Xaçmazın Yeni Sudur,s aat 17-də isə Maqsudkənd yaşayış məntəqələrində baş tutacaq.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu