Baş redaktor: “Təxribat baş tutmadı, türkiyəli qardaşlarımız Azərbaycan brendinə sahib çıxdılar”

İstanbulda SOCAR-a hücumu kimlər və niyə təşkil edib? 

SOCAR-ın İstanbul ofisinə hücum edən radikal qrup bunu “Azərbaycan İsrailə neft satır” iddiası ilə həyata keçirib. Halbuki, təxribatçıların kimliyinə diqqət etdikdə onların nə türk birliyi ideologiyasına, nə də İslam fəlsəfəsinə aidiyyətinin olmadığı ortaya çıxır. Təxribatçı qrupun tərkibində iki ideoloji xətt mövcuddur. 

Birincisi, Türkiyədə solçu-kommunistlərdir. Köhnəlmiş marksizm-leninizm ideologiyasına tapınan bu kəslər əsasən PKK terror təşkilatının siyasi qanadları ilə yaxın əlaqələrə malik olurlar. PKK-nı açıq şəkildə dəstəkləyən keçmiş HDP bu nümunələrdən biridir. 

İkincisi, Türkiyədə İranmeylli qruplardır. Onların türk millətçiliyi, yaxud Türkiyədə mövcud dini inancla yaxınlığı yoxdur. 

Hər iki xətt Fələstin məsələsinə çox uzaqdır. Solçu-marksizm tərəfdarları hara, Fələstin hara?!

Fələstin məsələsi daha çox dindar və millətçi kəsimin həssas yanaşdığı mövzudur, Türkiyədə bu, xüsusilə aydın seçilir.  

O zaman, sual yaranır: sol ideologiyasını təmsil edən, terrora simpatiya bəsələyənlər niyə Fələstin məsələsini öz məqsədləri üçün istifadə edirlər? 

Burada məqsəd Türkiyənin dindar-millətçi kəsimini Fələstin məsələsi üzərindən manipulyasiya etməkdir. SOCAR-ın hədəf seçilməsi də təsadüfi deyil. Hədəfin nə olduğunu bir neçə konkteksdə qiymətləndirmək mümkündür. 
Hər şeydən öncə təxribatçıların və onların arxasındakı güclərin hədəfi Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmaq, Türkiyə ictimai rəyində SOCAR-la bağlı mənfi rəy yaratmaq, Azərbaycanın imicini pozmaqdır. Təxribatçılar çalışdılar ki, Türkiyənin dindar-millətçi kəsimini Fələstin məsələsi üzərindən Azərbaycana qarşı qaldırsınlar.

Bu, həm də mövcud hakimiyyətə - AKP-MHP ittifaqına qarşı qurulmuş oyundur. SOCAR-a hücum da Bakı və Ankaranın strateji tərəfdaşlığının simvolunu “vurmaq” məqsədi daşıyırdı.

Təxribat planına görə, SOCAR-ın hədəfə alınması Türkiyə iqtisadiyyatına da zərbənin endirilməsi ilə nəticələnə bilərdi. Çünki SOCAR Türkiyədə "Petkim" və "Star Rafineri" kimi iri biznes layihələrinin sahibidir, minlərlə adama iş yeri açan, milyonlarla dollar vergi verən, Türkiyə iqtisadiyyatına böyük  dəyər qatan bir şirkətdir.

Təxribatın baş tutması Azərbaycan-Türkiyə qardaşlığının axsaması və xüsusilə Cənubi Qafqazda Ermənistan da daxil olmaqla bu qardaşlıqdan narahat olan qüvvələrin güclənməsi ilə nəticələnə bilərdi.

Hücumda iştirak edən Türkiyədəki İranmeylli qrupların da əsas məqsədlərindən biri bu olub. Halbuki, belə qruplar onilliklər boyunca Qarabağda müsəlman azərbaycanlıların qətlə yetirilməsinə, məscidlərdə donuz saxlanılaraq təhqir edilməsinə səs çıxarmayıblar. İndi Fələstin məsələsindən siyasi ambisiyaları üçün istifadə etməyə cəhd göstərirlər. 

Bütün cəhdləri iflasa uğradı. Türkiyədəki qardaşlarımız sosial şəbəkələrdə və mediada təxribatçıları ifşa etdi, onların tutarlı cavabını verdi.

Qardaşlarımız Azərbaycan brendi olan SOCAR-a sahib çıxdılar, çünki bu, həm də onların şirkəti, onların brendidir və SOCAR bu gün Türkiyə iqtisadiyyatına böyük töhfə verir. Bundan sonra da hər kəs bilməlidir ki, hər hansı təxribatçı qrup Azərbaycan-Türkiyə qardaşlığını poza bilməz. Bu qardaşlıq əbədidir. SOCAR-a təxribat hücumu və Türkiyədəki qardaşlarımızın təxribatçıları susdurması bunun son örnəklərindən biri oldu! 

Vasif Həsənli 

Demokrat.az xəbər portalının baş redaktoru 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Roqozindən şok təklif: "Avropalılar ələ keçirməsin deyə neft tankerlərimizi minalayaq"

Roqozindən şok təklif: "Avropalılar ələ keçirməsin deyə neft tankerlərimizi minalayaq"

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

Göyçə gölü ətrafında nadir təbiət hadisəsi: Tornado qeydə alındı - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Paşinyan: "Müxalifəti resurslardan məhrum etməliyik" - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Ramana qəsbəsində baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

SORĞU: ABŞ-da orta yaşlı nəsil tənhalıqdan ƏZİYYƏT ÇƏKİR

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İsrail Beyrutun Dahiya rayonuna zərbələr endirdi: Dağıntılar var - VİDEO

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

İran nümayəndə heyətinin 4 üzvü apellyasiya şikayətini qazandı - Dünya Çempionatı öncəsi viza böhranı

“Son zəng” günü VƏFAT ETDİ - FOTO

“Son zəng” günü VƏFAT ETDİ - FOTO

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Əfqanıstanlı qızın etirazı: “Gələcək nəslin bizim kimi olmasına imkan verməməliyik” - VİDEO

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

Yaxın Şərq böhranı şokoladın qiymətini də QALDIRACAQ

Sel sularının ziyan vurduğu 25 avtomobil yolu bərpa edilir - VİDEO

Sel sularının ziyan vurduğu 25 avtomobil yolu bərpa edilir - VİDEO

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Rusiya regionlarında çəyirtkə bumu: Həşəratlar mənzillərə doluşur

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İrəvanda yeraltı keçid su altında qaldı - VİDEO

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

End of content

No more pages to load

RADİO