Bakıda Ramazan sovqatı gətirmişik deyib evi qarət etdilər - HADİSƏ ANI - VİDEO

Paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, zərərçəkən şəxs Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, aprelin 26-da yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini qeyd edib.

Ev sahibi qapını açandan sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olublar.

Həmin şəxslər zərərçəkənin burun nahiyəsinə yumruqla zərbə endirərək əllərində olan bıçaqla həyat sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsinin və 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxlərdən ikisi - Abşeron rayonunda yaşayan Kənan Müzəffərli və Dilbər Hacıyeva saxlanılıblar. Cinayətdə iştirak edən digər iki nəfərin şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində isə hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib. Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib. 

Dəstə üzvlərinin qeyd edilən mənzilin yerləşdiyi binaya daxil olmaları və hadisə yerindən yayınmaları orada olan kameralar vasitəsi ilə də lentə alınıb.

Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib.

Fakta bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə  cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Brüsseldə Aİ-Qərbi Balkan Sammiti KEÇİRİLİR

Brüsseldə Aİ-Qərbi Balkan Sammiti KEÇİRİLİR

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından VƏFAT EDİB

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından VƏFAT EDİB

"Real"ın futbolçusu son anda heyətdən ÇIXARILDI

"Real"ın futbolçusu son anda heyətdən ÇIXARILDI

ADNSU-nun əməkdaşlarına bayrama görə yüksək məbləğdə mükafat verildi

ADNSU-nun əməkdaşlarına bayrama görə yüksək məbləğdə mükafat verildi

Taker Karlson: “ABŞ bu gecə Venesuelaya müharibə elan edə bilər” - VİDEO

Taker Karlson: “ABŞ bu gecə Venesuelaya müharibə elan edə bilər” - VİDEO

Aysun özünə yeni ev aldı - VİDEO

Aysun özünə yeni ev aldı - VİDEO

İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

Sabah Culfada İŞIQ OLMAYACAQ

Sabah Culfada İŞIQ OLMAYACAQ

Ukrayna müflis olur - KİV

Ukrayna müflis olur - KİV

Ağstafada üç uşağını döydüyü iddia edilən ata SAXLANILDI

Ağstafada üç uşağını döydüyü iddia edilən ata SAXLANILDI

“Ruhi xəstəxanada 2 ay yatdım” - VİDEO

“Ruhi xəstəxanada 2 ay yatdım” - VİDEO

Kobaxidze: “Aİ Moldova və Ermənistandan Gürcüstandan tələb etdiklərini tələb etmir”

Kobaxidze: “Aİ Moldova və Ermənistandan Gürcüstandan tələb etdiklərini tələb etmir”

SON DƏQİQƏ: Ağdamda traktorçu minaya düşdü

SON DƏQİQƏ: Ağdamda traktorçu minaya düşdü

Meydanda ən çox vaxt keçirən futbolçular KİMLƏRDİR?

Meydanda ən çox vaxt keçirən futbolçular KİMLƏRDİR?

Bakıda ağır QƏZA: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

Bakıda ağır QƏZA: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

Aİ 2027-ci ilin payızına qədər Rusiya qazından İMTİNA ETDİ

Aİ 2027-ci ilin payızına qədər Rusiya qazından İMTİNA ETDİ

"Borussiya"sının hücumçusu İspaniya klubunun HƏDƏFİNDƏ

"Borussiya"sının hücumçusu İspaniya klubunun HƏDƏFİNDƏ

Putin məşhur cizgi filmi personajı oldu - FOTO

Putin məşhur cizgi filmi personajı oldu - FOTO

“Deyirdi, siqaret, pivə al, qarnımıza, belimizə vururdu” - Ata uşaqlarına işgəncə verib? - FOTO

“Deyirdi, siqaret, pivə al, qarnımıza, belimizə vururdu” - Ata uşaqlarına işgəncə verib? - FOTO

Mikroplastik tərkibli MƏHSULLAR: Bunlardan uzaq durun...

Mikroplastik tərkibli MƏHSULLAR: Bunlardan uzaq durun...

DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ

DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ

HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTO

HHQ-nin xidməti-döyüş fəaliyyəti YOXLANILDI - FOTO

End of content

No more pages to load

RADİO