COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı oldu - FOTO

Cari ilin 11-22 noyabr tarixində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində könüllülərlə işin səmərəli təşkili məqsədilə 2 iyun tarixində Könüllülər Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, dünya ictimaiyyətinin diqqət mərkəzində olan COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli payı öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür.
 

MÖVZU İLƏ BAĞLI:

FHN COP29-la əlaqədar maarifləndirmə tədbiri keçirib - FOTO


Qlobal səviyyəli bu tədbirə könüllülərin yüksək səviyyədə hazırlığını təmin etmək məqsədilə COP29 sədrliyi tərəfindən təsis edilən Könüllülər Mərkəzi bu gündən fəaliyyətə başlayıb.

Açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti cənab Muxtar Babayev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində rəsmi qonaqlar mərkəzin iş fəaliyyətini yaxından izləyib, yaradılan şəraitlə əyani tanış olublar. Mərkəzdə könüllülərin unikal bacarıqlarının ən səmərəli şəkildə artırılması və əməkdaşlıq mədəniyyətinin təşviqi üçün inklüziv mühitin təmin ediləcəyi xüsusi vurğulanmışdır.

Qeyd edilib ki, bir neçə gün öncə açıq elan edilən proqrama yalnız bir gün ərzində 9000 nəfərdən çox namizəd könüllülük üçün müraciət etmişdir ki, bu da bu günə qədər ölkədə keçirilmiş tədbirlərə müraciət trendləri ilə müqayisədə rekord göstəricidir.

Cari ilin iyun və iyul ayları ərzində namizədlərin müsahibə və seçimləri, irəliləyən zamanda isə müsahibə və təlimləri uğurla tamamlayan seçilmiş 3000 nəfər könüllünün təlimi mərkəzdə təşkil olunacaqdır. Sözügedən mərkəzdə COP29 könüllüləri ümumi, iqlim və şəxsi inkişaf mövzuları daxil olmaqla ümumilikdə 10 fərqli istiqaməti əhatə edən təlimlərdə iştirak edəcəklər.

Təlimlər könüllülərin iqlim konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılmasına və səriştələrinin artırılmasına xidmət edəcək.

Tədbirdə öz nitqi ilə çıxış edən Muxtar Babayev iştirakçılara seçim turları ərzində müvəffəqiyyətlər arzu edib və qeyd edib ki, ölkəmiz COP29-a ev sahibliyi missiyası və iqlim çağırışları ilə mübarizə çərçivəsində milli insan kapitalına və gənc peşəkarlarımıza güvənir.

Mərkəzlə tanışlıq turu zamanı COP29 rəsmiləri və qonaqlar COP29-un könüllüsünün divarda ağac formasında simvolik divar rəsminin çəkilməsi prosesini maraqla izləmiş, Nərmin Carçalova və Muxtar Babayev tərəfindən bir neçə toxunuşla kompozisiya tamamlanmışdır.
Xatırladaq ki, COP29 Könüllülük Proqramı tədbirin uğurla təşkilinə töhfə vermək istəyən hər kəs üçün açıqdır. Namizədlərin layihəyə qoşulmasını rahat və koordinasiyalı şəkildə təşkili məqsədilə 29 may tarixində volunteers.cop29.az onlayn qeydiyyat platforması istifadəyə verilmişdir. Müraciətlərin bu günə olan sayı 14222-ni keçir. Platforma vasitəsilə maraqlı olan hər kəs 5 iyun tarixinədək qeydiyyatdan keçərək COP29 könüllüsü olmaq imkanı əldə edə bilər.

Qeydiyyat prosesi ilə bağlı yarana biləcək suallarla bağlı +994125352928 çağrı mərkəzi xidmət göstərir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO