“Azərbaycan Prezidentinin tapşırığı ilə Zəngilan rayonunda I, II, III Ağalı kəndlərində “Ağıllı kənd” layihəsinin baş planının reallaşdırılması üçün 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov söyləyib.
Onun sözlərinə görə, Zəngilanda hava limanının salınması üçün ərazi mianalardan təmizlənir.
"İlkin olaraq 68 min kvadrametr ərazi minalardan təmizlənib. Bundan əlavə olaraq Zəngilan rayonu üzrə ümumilikdə 3 milyon 530 min kvadratmetr ərazi təmizlənib".
Bizim.Media