Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.
A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.
Bizim.Media