Novruzəliyə məktub...

Salam əziz Novruzəli. Salamdan sonra biz sağ və salamatıq. Sənin də ruhunun o dünyada sağ və salamat, şad və xürrəm olmağını o bir Allahdan arzu edirik. İtqapan kəndinin bəndeyi-fəqiri! Ruhunu niyə narahat etməyimin səbəbini bilmək istəsən çox sadə. Bu gün Azərbaycanda Poçt işçiləri Günüdür. Hərçənd əlimdə ixtiyarım olsaydı, mən bu günü sənin adınla bağlayar və təqvimi bir ay geriyə çəkərdim. Yəni, noyabrın 12-nə.
O tarixə ki, sən bir ulaq yükü sovqatla gəlmişdin Vəli xanın evinə və heç çuvalları boşaltmağa, ulağın başına torba keçirtməyə macal tapmamış Xan əlinə bir kağız verib göndərmişdi səni poçtxanaya. Tapşırmışdı ki, irəvanlı dostu Cəfər ağaya yazdığı məktubu aparıb atasan qutuya və təcili qayıdasan geri. Sən də getməyinə getmişdin, amma nə etmək gərək olduğunu bilməmişdin. Sonra bir də baxmışdın ki, budur, bir erməni uşağı əlindəki kağızı gətirib saldı qutuya çıxdı getdi. Sonra bir urus arvadı yavıqlaşdı qutuya, qutunun qapağını qovzadı, məktubu içəri saldı, qapağı yatırtdı, getdi. Yalnız bundan sonra sən ürəklənib və “bismillah”x9d deyib xanın məktubunu qutuya salmışdın. Çıxıb getmək istəyərkən, Allah bəlasını vermiş urus gəlib qutudan məktubları çıxarmışdı ki, aparsın, sən ona əngəl olmaq istəmişdin. Elə zənn etmişdin ki, hərif məktubları oğurlayır. Yapışmışdın qolundan və demişdin ki, bəyəm sizin şəriətdə oğurluq günah yazılmayıb? Urus dirəniş göstərincə bir də belə demişdin: ”x9dHələ Novruzəli ölməyib ki, onun ağasının məktubunu aparasan. Ver mənim ağamın məktubunu”x9d. Yalvar-yapışın heç bir fayda verməmişdi. Onda hirs vurmuşdu təpənə, ikiəlli hərifin yaxasından yapışıb üzüüstə elə gətirmişdin yerə ki, aşnanın ağzı qanamışdı. Və..nəçərnik divanxanasının soldatları tökülüşüb döyə-döyə səni aparıb atmışdılar dama. Yaxşı deyiblər, əri ölən arvadı it də qapar. Səni- İtqapan kəndinin bu fağır, yarımcan sakinini “qulluqçunu bihörmət etdiyi üçün”x9d ciddi cəzalandırmış. Ən sonda sənə 3 ay həbs kəsmişdilər. Onda Vəli xan artıq İrəvandaydı və bu xəbəri 3 ay sonra eşidəndə bir qədər fikir eləmişdi.
Hə, Novruzəli, indi həyatımızda çox şey dəyişib. Ən birincisi, İrəvan artıq bizim deyil. İndi Vəli xan irəvanlı dostu Cəfər ağaya istəsə də məktub yaza bilməz. Yazsa da belə, İrəvana göndərə bilməz. Çünki Cəfər ağa 30 ilə yaxındır ki, İrəvandan qaçaq düşüb. Niyə? O kafir urusa görə. Gərək o vaxtı sən onun ağız-burnunu əməlli-başlı qanadaydın. Onsuz da qazamata gedirdin-gedirdin, gərək öldürüb gedəydin o kafiri. Öldürmədin, onlar gəlib bizi öldürdülər. Sonra erməni havadarlarına dəstək verdilər və onlar da bütün torpaqlarımıza sahibləndilər. Onların “dənizdən dənizə böyük Ermənistan”x9d adlı planları var, əziz Novruzəli! Sən savadsız adamsan, bunu anlamazsan. Amma bu günlərdə məlum oldu ki, bizim bəzi tarixçilərimiz də eynən sənin kimi novruzəlidirlər, ya bundan anlamır, ya da sadəcə düşmən dəyirmanına su tökürlər. Bilirsən onlar nə ediblər? Atalarımızın “çoxluq-p”¦luq”x9d kəlamını işdə sübut ediblər. Adını tarixçi qoyan doqquz adam birləşib 10-cu sinif şagirdləri üçün bir kitab yazıblar. Kitabda “dənizdən dənizə Böyük Ermənistan”x9dın xəritəsini verməklə ermənilərin arzularına şam yandırıb, bizi isə yana-yana qoyublar.
Bəli, mən də gözləyirdim ki, mütləq bu sualları verəcəksən. Soruşacaqsan ki,əvvəla bir kitabı niyə 9 nəfər yazır? Axı hər ağızdan bir avaz gələndə məsuliyyəti də bölüşmək çətin olur. İkincisi, onlar yazıb-yazıb, bəs Təhsil Nazirliyi hara baxıb ki, bu dərslik nazirliyin qrifi ilə 7 min nüsxədə çap olunub? 7 min dərsliyə dövlət büdcəsindən xərclənən pul da, bu dərsliklərdən dolayı bizim xərclədiyimiz əsəb də bilirəm səni narahat edən sullardandır. Bir də soruşursan ki, Təhsil Nazirliyi vəziyyətdən necə çıxdı? Bəs kitab müəllifləri nə dedi? Hə, əziz Novruzəli, nə olsun ki, bisavadsan, sən ki bu sualları verə bilirsən, molodes sənə! Məsələ burasındadır ki, bu gün Azərbaycanda kitab yazmaq da, onu nəşr etdirmək də qazanc mənbəyinə və prestijə çevrilib. Və nə qədər ki, bu cür oyunlar oynanılacaq, belə rüsvayçılıqlar da davam edəcək.
Soruşursan ki, qazancı anladın, amma prestij nəmənədir anlamadın”¦Bu sözün səni qazamata salan pristavla yaxından-uzaqdan əlaqəsini soruşursan. Heç bir əlaqəsi yoxdur. Pristav pristavdır, pristij isə..Əşi, nəyinə lazımdır axı bu sənin? Bu, iki eşşəyin arpasını bölə bilməyənlərə lazımdır, sən isə öz ulağının arpasını əla bölürdün. Çoçi-çoçi edirdin, keçirirdin torbanı ulağın başına, yeyirdi, heç sənə şıllaq da atmırdı. Amma indi Azərbaycanın çörəyini yeyib ona şıllaq atanlar bilirsən nə qədərdir? Hardan biləsən əziz Novruzəli? Sən haqq dünyada, onlar nahaq. De görüm haqq dediyin dünyada da nahaq işlər baş verirmi? Orda da varlılar və kasıblar adlı ikitirəlik varmı? Sən yenə də Vəli xana boğazından kəsib çuval dolu un, yumurta, toyuq-cücə daşıyırsanmı? “Xan, başına dönüm, ölüncə sənə qulam”x9ddeyirsənmi? Yoxsa, öldün, qurtardı getdi hər şey? Öz aramızdır, kasıb da olsan pis yaşamırdın ha. Məsələn, biz səndən pis yaşayırıq. Sən Vəli xana bir ulaq yükü yağ-bal gətirirdin, amma bu günün novruzəlisi dükandan 2 kq yağ oğurladığına görə saxlanılır.
Nə isə..Səni yormayım. Məktubu atdım poçt qutusuna. Nəyimiz də pis olsa, namxuda poçt xidmətimiz əladır. İnşallah yetişər.

Ləman Ələşrəfqızı
Əməkdar jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda restoranda hesaba görə dava düşdü - VİDEO

Bakıda restoranda hesaba görə dava düşdü - VİDEO

Ukraynanın taleyini həll edən üçtərəfli görüş YEKUNLAŞDI - VİDEO

Ukraynanın taleyini həll edən üçtərəfli görüş YEKUNLAŞDI - VİDEO

Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO

Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO

Hakan Fidan: “ABŞ-nin Suriyadan qoşunlarını çıxarmaq üçün açıq istəyi var” - VİDEO

Hakan Fidan: “ABŞ-nin Suriyadan qoşunlarını çıxarmaq üçün açıq istəyi var” - VİDEO

Kloppdan "Real"a ŞƏRT

Kloppdan "Real"a ŞƏRT

“Xəzər axşamı” adından DƏLƏDUZLUQ

“Xəzər axşamı” adından DƏLƏDUZLUQ

“Əbu-Dabidə münaqişənin başa çatma parametrləri müzakirə olunur” - Zelenski

“Əbu-Dabidə münaqişənin başa çatma parametrləri müzakirə olunur” - Zelenski

Bolqarıstan TARİXİNDƏ İLK: Prezident postunu qadın tutdu

Bolqarıstan TARİXİNDƏ İLK: Prezident postunu qadın tutdu

Nüşabə ailəsini itirdiyi qəzadan danışıb AĞLADI: “Qardaşımın səsi qulağımdan getmir” - VİDEO

Nüşabə ailəsini itirdiyi qəzadan danışıb AĞLADI: “Qardaşımın səsi qulağımdan getmir” - VİDEO

Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident SEÇİLDİ - FOTO

Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident SEÇİLDİ - FOTO

“Ümid edirəm ki, bir gün Trampa Nobel Sülh Mükafatını təqdim edəcəyik” - Meloni

“Ümid edirəm ki, bir gün Trampa Nobel Sülh Mükafatını təqdim edəcəyik” - Meloni

Tiktoker "şəkili Pərviz" HƏBS OLUNDU

Tiktoker "şəkili Pərviz" HƏBS OLUNDU

“İran rejimi iqtisadi özünü-yandırma ritualla məşğuldur” - ABŞ-ın maliyyə naziri

“İran rejimi iqtisadi özünü-yandırma ritualla məşğuldur” - ABŞ-ın maliyyə naziri

"Sumqayıt" Ukrayna klubunun futbolçusunu TRANSFER ETDİ

"Sumqayıt" Ukrayna klubunun futbolçusunu TRANSFER ETDİ

İcra hakimiyyətində KADR İSLAHATLARI: Gülər Rüstəmova vəzifəsindən AZAD EDİLDİ

İcra hakimiyyətində KADR İSLAHATLARI: Gülər Rüstəmova vəzifəsindən AZAD EDİLDİ

Aşıq Tellinin xəngəl biznesi var imiş - VİDEO

Aşıq Tellinin xəngəl biznesi var imiş - VİDEO

Goranboyda iki qadın kimyəvi maddədən ZƏHƏRLƏNDİ

Goranboyda iki qadın kimyəvi maddədən ZƏHƏRLƏNDİ

Rusiyadan yola çıxmış tanker Fransada SAXLANILDI - VİDEO

Rusiyadan yola çıxmış tanker Fransada SAXLANILDI - VİDEO

Respublikaçılar Qrenlandiyanı BELƏ “böldülər” - VİDEO

Respublikaçılar Qrenlandiyanı BELƏ “böldülər” - VİDEO

"Neftçi" "Zirə" ilə, "İmişli" "Araz-Naxçıvan"la HEÇ-HEÇƏ ETDİ

"Neftçi" "Zirə" ilə, "İmişli" "Araz-Naxçıvan"la HEÇ-HEÇƏ ETDİ

Gözəllik salonundan ŞOK CAVAB: "Şikayət etdiyiniz qurumlara məndən salam deyin" - VİDEO

Gözəllik salonundan ŞOK CAVAB: "Şikayət etdiyiniz qurumlara məndən salam deyin" - VİDEO

131 nəfər direktor vəzifəsinə TƏYİN EDİLDİ

131 nəfər direktor vəzifəsinə TƏYİN EDİLDİ

“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda - FOTO

“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda - FOTO

Niderland millisinin yarımmüdafiəçisi Fransa KLUBUNDA

Niderland millisinin yarımmüdafiəçisi Fransa KLUBUNDA

End of content

No more pages to load

RADİO