İtaliyada böyük nüfuz və məşhurluq qazanan türkiyəli aktyor Can Yaman 1 milyon avroluq (təxminən 1 milyon 840 min manat) təklifdən imtina edib.
Bizim.Media xəbər verir ki, məşhur aktyorun pərəstişkarı olan dubaylı bir ailə Can Yamanla tanış olub və şam yeməyinə dəvət göndərib.
Lakin xarizmatik və yaraşıqlı aktyor “Mən bunu heç vaxt qəbul etməzdim” deyərək təklifi rədd edib və bu mövzuda onu narahat etməmələrini istəyib.
Qeyd edək ki, Can Yamanın populyarlıqda və məşhurluqda ondan geri qalmayan həmkarı Burak Özçivit xarici ölkələrdən gələn bu kimi təklifləri qəbul edərək, milyon qazanıb.




Rəşad Əliyev, Bizim.Media