Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Ələkbər Musayev dəfn edilib.
Bizim.Media xəbər verir ki, şəhidin cənazəsi Cəlilabad rayonunun Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Ə.Musayev Vətən Müharibəsində şəhid olub. O, 7 aya yaxındır Murovdağ istiqamətində itkin düşmüşdü.
Ə.Musayev Cəlilabad rayonunun Vətən müharibəsində verdiyi 97-ci şəhiddir.
Bizim.Media