Qətl yoxsa özünəqəsd? – Sabirabadda ölüm həddinə çatdırılan gəlinin telefonu niyə sıfırlanıb? – Əmisi DANIŞDI

3 gün əvvəl Sabirabad rayonunda 20 yaşlı qadının intihar etdiyi ilə bağlı xəbər verilmişdi. Hadisə rayonun Cavad kəndində, qadının ər evində yaşanıb. 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının özünü yaşadığı evin həyətindəki nar ağacından asdığı bildirilir. 

Səmayə Zeynalovanın əmisi Xanhüseyn Quliyev Bizim.Media-ya qardaşı qızının müəammalı ölümü ilə bağlı açıqlama verib. Səmayəyə anasının adının verildiyini və onun böyütdüyünü deyən əmi, qardaşı balasının ölümündən hələ də özünə gəlmədiyini bildirib:

“Səmayəyə anamın adını vermişdik. Anam dünyasını dəyişəndə qardaşımın övladlarını da mənə tapşırdı. Səmayənin tərbiyəsi ilə mən məşğul olmuşam. Çox tərbiyəli, sakit və bacarıqlı biri idi.
 

MÖVZU İLƏ BAĞLI:

Sabirabadda 22 yaşlı hamilə qadın vəfat etdi


Qardaşımla əzab-əziyyətlə yetişdirib gəlin köçürmüşdük. Amma ər evindən gənc yaşında meyidi çıxdı. Bu, insanlıq deyil. Görün onu necə incidiblər və hansı həddə çatdırıblar. Hadisədən 10 gün əvvəl də qız dərman içib özünü öldürmək istəyib. Bu barədə anasına və bacısına danışıb.

Ümumiyyətlə bütün dərdlərini onlara danışırmış ki, özümü öldürəcəyəm, bunlarla yaşaya bilmirəm, qayınanam və qayınatam məni çox incidir filan… Amma mənim məlumatım olmayıb”.
İstintaq işinin intihara cəhd maddəsi ilə başlanıldığını vurğulayan əmi ekspertiza rəyinin hələki verilmədiyini qeyd edib:

“Nümunələr Bakıdan gəlməlidir. Özüm təkid etmişəm ki, tibbi ekspertiza olsun. Bütün orqanlarından analiz götürülb. Cavab gələndən sonra biləcəyik ki, əslində nə baş verib. Sadəcə onu bilirəm ki, çox dəhşətli və ağrılı hadisədir.

Evli olduğu müddətdə ər evində dəfələrlə psixoloji təzyiq və sıxışdırmalara məruz qaldığından şikayətlənib. Həyat yoldaşından elə də narazıçılığı və şikayəti olmayıb. Amma yoldaşı da valideynlərinin bu əməllərini ört-basdır edib. Hadisə baş verən günü, axşam saatlarında bacısı ilə telefonda danışıb.

Bacısı soruşub ki, nə edirsən? Deyib körpə üçün yemək hazırlayıram. Telefon danışığından təxminən yarım saat sonra intihar etməsi ilə bağlı xəbər yayılıb”.

Əmisinin dediyinə görə qardaşı qızının ölümündə müəmmalı səbəblərdən biri Səmayənin telefonun format olunması və telefona başqa kodun qoyulmasıdır:

“Səmayə ilə olan bütün yazışmalar silinib, əlaqələr itib. Görünür, format və silinəndən sonra telefona başqa kod qoyulub. Açmaq mümkün deyil. Əlbəttə ki, istintaq açacaq və müəyyən detallar da üzə çıxacaq. Müstənqitin və istintaqın ilkin rəyi hələki özünəqsəddir. İddia edə bilmərəm ki, bu qətl hadisəsidir.

Amma ölümün müəmmalı tərəfləri çoxdur. Bütün kənd camaatı deyir ki, nar ağacı kövrək və elastik olduğu üçün oradan kiminsə özünü asması inandırıcı deyil. Həmçinin nar ağacı boğulma ehtimalını azaldır. Guya o, ağacın iki əlavə qovşağından özünü asıb. Qızın boyu 1 metr 72 sm-dir.

Asdığı yer isə 1 metr 75 sm olub Ot bağlayan iplə özünü asdığı deyilir. Maraqlıdır ki, boynunda və əllərində heç bir iz yoxdur. Qaynanasının dediyinə görə evdə gəlini və nəvəsindən başqa heç kim olmayıb. Hətta gəlini uşağının yanında özünə qəsd edib. Bu isə ağlabatan bir şey deyil”.  

Xanhüseyn Quliyev əlavə edib ki, 3 il öncə ailə həyatı quran Səmayə Zeynalovanın sözügedən ailəyə ərə verilməsini istəməyib və hətta buna qarşı çıxıb: 
 

“O ailə barədə xoşagəlməyən söz-söhbətlər çox idi. Sonradan Səmayə özü razılıq verdi deyə kənara çəkildim. Nişanında da iştirak etmədim. Bəlkə də qardaşımgil Səmayənin ər evində psixoloji işgəncə gördüyü barədə mənə danışmağa çəkiniblər.


Xəbərim olsaydı, qanuni yollarla qızı alıb gətirərdim və onların yanında qalmağa imkan verməzdim. 1 yaş 6 aylıq oğlu var. Körpəsini qoyub intihar etməsi, o fikirə düşməsi qaranlıqdır.

Bu olayı ictimailəşdirməkdə məqsədim valideynlərə bir çağırışdır. Hamımızın qız övladı başqa evə gəlin köçür. Qaynana, qaynata gəlinə övladı kimi yanaşmalıdır. Onun da övladı başqa evdədir. Qıza, qadına həssas yanaşmalıyıq. Axı Allah qadını bizə əmanət edib”. 

Qeyd edək ki, Sabirabad rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşa görə aylıq sosial müavinət alanların SAYI

Yaşa görə aylıq sosial müavinət alanların SAYI

Keçmiş məhkum həbsdən çıxdı - Oğurluq edib narkotik aldı

Keçmiş məhkum həbsdən çıxdı - Oğurluq edib narkotik aldı

Bakıda qadın dəm qazından BOĞULDU

Bakıda qadın dəm qazından BOĞULDU

FIFA-ya şikayət olundu - Nigeriya DÇ-2026-ya yollana bilər

FIFA-ya şikayət olundu - Nigeriya DÇ-2026-ya yollana bilər

Axtarışa verilən Abbas Abbasov bu ölkəni TƏRK ETDİ

Axtarışa verilən Abbas Abbasov bu ölkəni TƏRK ETDİ

İranla sərhəddə iki qurumdan BİRGƏ ƏMƏLİYYAT - FOTO

İranla sərhəddə iki qurumdan BİRGƏ ƏMƏLİYYAT - FOTO

17 cihazdan cəmi 2-si işləyir - Qalanı suyun altındadır – VİDEO

17 cihazdan cəmi 2-si işləyir - Qalanı suyun altındadır – VİDEO

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı Aİ-nin bəyanatını blokladı

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı Aİ-nin bəyanatını blokladı

Ankara Putinin 2026-cı ildə Türkiyəyə səfərini gözləyir

Ankara Putinin 2026-cı ildə Türkiyəyə səfərini gözləyir

Bu ölkədə 4 uşağı olanlara şad XƏBƏR - İpoteka borcu silinəcək

Bu ölkədə 4 uşağı olanlara şad XƏBƏR - İpoteka borcu silinəcək

İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü – FOTO

İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü – FOTO

Qida əlavələri ilə bağlı YENİ TƏLƏB – Yalnız bu halda satışına icazə veriləcək

Qida əlavələri ilə bağlı YENİ TƏLƏB – Yalnız bu halda satışına icazə veriləcək

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 11:30-dan...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 11:30-dan...

Nüvə fizikinin meyiti öz evində güllələnmiş halda TAPILDI

Nüvə fizikinin meyiti öz evində güllələnmiş halda TAPILDI

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

ABŞ Pakistana təzyiq göstərir – TƏLƏB BUDUR

ABŞ Pakistana təzyiq göstərir – TƏLƏB BUDUR

Xüsusi icra məmurları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Xüsusi icra məmurları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

46 yaşlı müəllim məktəbdə vəfat etdi

46 yaşlı müəllim məktəbdə vəfat etdi

Sidneydə qətliam törədən Akrama ittiham irəli sürüldü

Sidneydə qətliam törədən Akrama ittiham irəli sürüldü

Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Saatlıq iş rejimi olacaq - Maaşlar fərqli hesablanacaq - AÇIQLAMA

Saatlıq iş rejimi olacaq - Maaşlar fərqli hesablanacaq - AÇIQLAMA

Baş nazirdən yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı QƏRAR

Baş nazirdən yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı QƏRAR

Sevgilisi ilə görüşmək üçün Luvr muzeyini icarəyə götürdü - FOTO

Sevgilisi ilə görüşmək üçün Luvr muzeyini icarəyə götürdü - FOTO

İranda minə yaxın tələbə “Azərbaycan” şüarı səsləndirdi – VİDEO

İranda minə yaxın tələbə “Azərbaycan” şüarı səsləndirdi – VİDEO

End of content

No more pages to load

RADİO