Rusiyanın Rostov şəhərinin Aksaysk rayonunda yerləşən 4 iri bazarda xüsusi əməliyyat keçirilir.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, əməliyyata 4 minə yaxın polis və xüsusi təyinatlı cəlb edilib.
Məlumata görə, polisə həmin bazarlarda narktoik satışı və qeyri-qanuni miqrantların olması barədə xəbər daxil olub.
Həmin bazarların yerli iş adamı, azərbaycanlı Kərim Babayevə məxsus olduğu qeyd edilir. Bir qədər əvvəl Kərim Babayev və oğlanları haqda cinayət işi qaldırılmışdı.
Bizim.Media