İsraildən Azərbaycana arxadan zərbə?

Hər zaman Azərbaycan İsrail əlaqələrinin yüksək səviyyədə olması, bölgədəki maraqlarından dolayı İsrailin Azərbaycana olan münasibətinin bütün səviyyələrdə gözlənilməsi, Azərbaycan Ordusuna müasir Silah satışı, İsrail rəhbərlərinin Bakıya səfərlərində “özlərini evlərindəki kimi hiss etdiklərini”x9d dilə gətirmələri düşmən tərəfi, o cümlədən qonşu İranı, Rusiyanı narahat etməyə bilməzdi və onlar bu münasibətlərə əngəl olmağa çalışırdılar. İstədiklərinə qismən də olsa nail oldular desək yanılmarıq.xa0
xa0Bu gün 15 sentyabrda İrəvanda mətbuat konfransı keçirən İsrail Knesseti 15-ci çağırışının deputatı, “Ermənistan-İsrail “ ictimai forumunun həmsədri Aleksandr Tsinker bəyan edib ki, “Ermənistan İsrail əlaqələrinin dərinləşməsi ciddi olaraq Azərbaycanı narahat edib. İkitərəfli münasibətlərin fəallaşmasından sonra Azərbaycan mətbuatında serial materiallar yayıldı ki, Ermənistan-İsrail münasibətləri iflasa məhkumdur”x9d.xa0

İsrail parlamentinin deputatı xüsusi olaraq vurğulayıb ki, Bakının çabalamasına baxmayaraq Ermənistan-İsrail münasibətləri inkişaf etməkdə davam edir. Buna sübut olaraq başda İsrail Knesssetinin (parlamentinin) vitse-spikeri Tali Ploskovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfərini vurğulayan deputatın Bakını hədəf alması heç bir normaya sığmır. İsrail dövlətinin hansı ölkəylə dostluq, əməkdaşlıq etməsi onun müstəqil seçimidir və bu məsələdə biz ona yol göstərə bilmərik, amma İsrail deputatının “bizim narahatlığımızı”x9d bəyan etməsi, sanki bizim acığımıza dostluq yaratmaq istəyini vurğulaması beynəlxalq hüquq qaydalarına da ziddir. Azərbaycanı hədəf göstərib münasibət quracaqsansa, deməli sən dost deyilsən və bu əlaqələrdən əleyhimə istifadə etməyi düşünürsən.xa0

İsrail parlamentinin vitse-spikeri Tali Ploskovun ikibaşlı “ Ermənistan-İsrail münasibətlərindəki susqunluq pozuldu”x9d deməsinin də bizim üçün xoşməramlı niyyətdən yaranmadığı açıq hiss olunur.xa0
xa0Tezliklə Rusiya Ordusunun 102-ci briqadasının yerləşdiyi Gümrü ilə İsrailin Petax- Tikva şəhərinin qardaşlaşması tədbiri keçiriləcək. 2018-ci ildə isə İsraildə “Ermənistan mədəniyyəti günləri “ tədbirləri planlaşdırılıb.xa0

İsraillə Azərbaycanın münasibətlərinə qısqanclıqla yanaşan, hətta səfirliyin açılmasına imkan verməyən İran isə İsrail-Ermənistan münasibətlərindən narazı deyil. Özünün bir nömrəli düşməni saydığı İsrailin İranla həmsərhəd olan Ermənistanla münasibəti Azərbaycana qarşı olacaqsa , “qoy olsun”x9d deyən İranın “düşmənimin düşməni mənim dostumdur”x9d prinsipindən yararlandığı gizli deyil. Necə ki, İran-İraq müharibəsi zamanı ən çox silahı İsraildən aldığı kimi, indi də müsəlman Azərbaycanın hədəfə alınması İran üçün sevindirici olacaq.

xa0Tez-tez Ermənistanı İsrail silahları ilə hədələyən Azərbaycanın bəzi mətbuat orqanları bilsin ki, “ daimi dost yox, daimi maraqlar var”x9d. Bu informasiya təbliğatı da kütlələrə hesablanıb arxayınçılıq yaratmaq və özünü aldatmaqdan başqa bir şey deyil. Azərbaycan diplomatiyası bir-birinin ardınca ciddi səhvlər buraxaraq Qarabağ probleminin həllində güclü tərəfdaşlardan məhrum olmaqda davam edir. Qarabağ ətrafında da əleyhimizə yönəlik planların işə düşəcəyi bir ərəfədəyik. Yaxın günlərə də Xəzərin bölünməsinin yeni variantı qəbul oluna bilər. Xəzəri də itirəcəyikmi?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Ukrayna artıq Almaniyadan raket almayacaq

Ukrayna artıq Almaniyadan raket almayacaq

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

End of content

No more pages to load

RADİO