Razi Nurullayev: "Azərbaycanda mərd adamları qovub namərd etmə cəhdləri var"

Millət vəkili Razi Nurullayev haqqında böhtan xəbərlər yayan qalmaqallı bloger Mehman Hüseynovun hərəkətlərini şərh edib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, Mehman Hüseynov mövzu tapmayanda insanları ləkələməyə başlayır. Bu artıq onda mərəz halını alıb:

“Azərbaycanda paxıllıq, gözügötürməmə problemi var. Birdə ki, mərd adamları qovub namərd etmə cəhdləri var. Ümumiyyətlə, bizdə insanlar çox qəribədir. Kimsə gedib şəhid ailəsini çəkib paylaşırsa, deyirlər ki, filankəs özünü reklamla məşğuldur. Kimsə sakitcə edəndə deyirlər ki, namərd adamdı, bir şəhid ailəsinə yardım etmir. Sosial şəbəkələr cəmiyyəti başqa bir yöndə tərbiyə edir. İnsanlar dünya görünüşünü “rastamoşka” etmədən klavyatura arxasında oturub nə istəyir onu yazır. Çünki sosial şəbəkələrdə senzura, “gözün üstə qaşın var” deyən yoxdur.
 

Cəmiyyətsə sosial şəbəkədə oxuduqarı xəbərlərin içinə baxmayaraq, haqqında informasiya gedən insanı tanıyıb tanımamaqlarından asılı olmayaraq, başlayır onu təhqir edib, söyməyə.


Bununla da hansısa səhifələrə baxış sayı, “layk” gəlir və kimlərsə pul qazanır. Onlar pul qazanacaq deyə kimlərsə qaralanıb, təhqir olunur. Geridə isə qazanan onlar, itirən isə cəmiyyət olur”.

Deputat bu cür hallara qarşı mütləq cəza mexanizminin tətbiqinin vacibliyindən də danışıb. O, bildirib ki, yoxsa Mehman Hüseynov kimiləri çox işdən çıxacaqlar:

“Bu cür halların qarşısını almaq üçün, sosial şəbəkələr haqqında qanun qəbul olunmalı, cəza mexanizmi tətbiq edilməlidir. Facebook-un, Youtube-un da nümayəndələri zəhmət çəkib gəlib Bakıda oturmalıdır ki, biz də bu cür situasiyalarla qarşılaşanda onlar müraciət edib, bu cür insanların bloklanmasını tələb edək.
 

Bundan başqa bu qanunla tənzimlənməlidir ki, dövlətin başçısına, xalqın yanında olan insanlara, dövlətin atributlarına, şəhidinə, qazisinə dil uzadanlar cəzasız qalmasın”. 


Qeyd edək ki, bir müddət əvvəl millət vəkili Razi Nururllayevlə avtomobil parkinqində çalışan yaşlı insanla şəkil çəkdirib, Facebook səhifəsində bölüşüb.

Bundan sonra bloger Mehman Hüseynov avtodayanacaq həmin nəzarətçisini tapıb, onunla həmsöhbət olub. O, iddia edib ki, R.Nurullayev olmayan hadisə haqqında yalan məlumat yayıb. Deputat isə öz növbəsində blogerin yalanını ifşa edərək, həmin o insanın görüntüsünü yenidən öz sosial şəbəkə hesabından yayımlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu tələbələrə əlavə 200 manat TƏQAÜD VERİLİR

Bu tələbələrə əlavə 200 manat TƏQAÜD VERİLİR

Soyuducuya şüşə banka qoymayın - xəbərdarlıq

Soyuducuya şüşə banka qoymayın - xəbərdarlıq

Arayikdən ETİRAF: “Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir”

Arayikdən ETİRAF: “Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir”

Sığınacaqda yaşayan neçə qadın işlə TƏMİN OLUNUB?

Sığınacaqda yaşayan neçə qadın işlə TƏMİN OLUNUB?

Regionlarda çalışan həkimlərin mənzil təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Regionlarda çalışan həkimlərin mənzil təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Zərdab–Ağdaş magistral yolu ÇÖKÜR – “Rayona getmək 40 manata başa gəlir” – FOTO

Zərdab–Ağdaş magistral yolu ÇÖKÜR – “Rayona getmək 40 manata başa gəlir” – FOTO

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ: İmtаhаn keçiriləcək

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ: İmtаhаn keçiriləcək

Azərbaycan Kanadadan mal əti tədarük etməyə BAŞLADI

Azərbaycan Kanadadan mal əti tədarük etməyə BAŞLADI

İsti su ilə çimənlərə pis xəbər

İsti su ilə çimənlərə pis xəbər

Mandarinlər niyə tez xarab olur?

Mandarinlər niyə tez xarab olur?

Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək həyatını itirdi

Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək həyatını itirdi

Səhiyyə Nazirliyi və TƏBİB birləşir? – RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi və TƏBİB birləşir? – RƏSMİ AÇIQLAMA

Azərbaycandan yola salınan benzin Ermənistana ÇATDI

Azərbaycandan yola salınan benzin Ermənistana ÇATDI

Goranboyda QƏZA: Sürücü belə xilas edildi – VİDEO

Goranboyda QƏZA: Sürücü belə xilas edildi – VİDEO

Vüqar Qurbanov: “Bu bəzi həkimlərimizin özlərini “çox ağıllı” hesab etməsinin nəticəsidir”

Vüqar Qurbanov: “Bu bəzi həkimlərimizin özlərini “çox ağıllı” hesab etməsinin nəticəsidir”

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişdi

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişdi

Vüqar Qurbanov: “Tibb bacılarının evdə iynə vurmasına icazə yoxdur”

Vüqar Qurbanov: “Tibb bacılarının evdə iynə vurmasına icazə yoxdur”

Həkimlərin DİQQƏTİNƏ – Əməkhaqqı qaydaları dəyişir

Həkimlərin DİQQƏTİNƏ – Əməkhaqqı qaydaları dəyişir

Evdə tibbi xidmət alanlara XƏBƏRDARLIQ

Evdə tibbi xidmət alanlara XƏBƏRDARLIQ

Kürdəmirdə DƏHŞƏT: Qatarın üzərindən keçmək istəyən məktəblini “tok” vurdu

Kürdəmirdə DƏHŞƏT: Qatarın üzərindən keçmək istəyən məktəblini “tok” vurdu

TƏBİB-in direktoru: “Elə vətəndaşlar var ki, 3 gündən bir tibbi xidmət üçün müraciət edir”

TƏBİB-in direktoru: “Elə vətəndaşlar var ki, 3 gündən bir tibbi xidmət üçün müraciət edir”

Bolqarıstanda Şuşa parkı AÇILACAQ

Bolqarıstanda Şuşa parkı AÇILACAQ

Elektron siqaretlərlə bağlı TƏKLİF – Qadağanın qüvvəyə mindiyi tarix ertələnə bilər

Elektron siqaretlərlə bağlı TƏKLİF – Qadağanın qüvvəyə mindiyi tarix ertələnə bilər

Bolqarıstan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Bolqarıstan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO