Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen Avropa bankının pulunu mənimsəyib? - MƏHKƏMƏ

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Z.Hüseynzadə deyib ki, məhkəmədə zərərçəkmiş kimi tanınmış Kənan Rəsulova Avropa Yenidənqurma və İnkişaf Bankından məhsul yetişdirmək üçün kredit götürən zaman bank onun öz şirkətindən borc götürdüyünü bildirib:

"Kənan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müqavilə bağlayıb, 2 milyon manat kredit götürüb. Daha sonra o, həmin pulu öz-özünə borc verərək hər gün 100-150 min dollar hesabdan çıxarıb. Bank müəyyən etdi ki, bu şirkətlərin bir-birinə borcu var və bu onların standartlarına uyğun deyil. Kənan istintaq vaxtı guya sənədləri mənim saxtalaşdırdığımı deyirdi. O, ümumilikdə özünə 737 min dollar pul vermişdi".

Müttəhim vurğulayıb ki, kredit alındıqdan və parnik qurulduqdan sonra Kənan Rəsulov yalnız qazancdan pul götürə bilərmiş:

"Kənan Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı krediti özünə borc kimi götürüb. Bu məsələdə "Muğanbank" da qanunsuzluq edib. Çünki o, bankdan 30 min manatdan artıq pul çıxara bilməzdi. Bu işdə "Muğanbank"ın Bakı şəhərinin Xəzər rayon şöbəsinin rəhbəri də onunla əlbir olub".

Z.Hüseyinzadə deyib ki, Kənan Rəsulov Avropa Yenidənqurma və İnkişaf Bankına həyat yoldaşının maliyyə müdiri olduğu barədə tərcümeyi-halını göndərib. İstintaq zamanı tərcümeyi-halın saxta olduğunu, onu da müttəhimin saxtalaşdırdığını söyləyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, bank Kənan Rəsulova kredit verməmişdən əvvəl müəyyən tələblər qoyub. Buna görə də Kənan ondan borc istəyib.

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadədənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib.

İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.
Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı oldu

Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı oldu

“Kids Academy by British School”da məktəbəqədər qrupların Məzun Günü keçirildi

“Kids Academy by British School”da məktəbəqədər qrupların Məzun Günü keçirildi

BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

BTC kəməri ilə neçə ton neft ixrac edilib? – 5 aylıq hesabat

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib

Neymar Haiti ilə oyunu buraxacaq

Neymar Haiti ilə oyunu buraxacaq

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

DÇ-2026: Çexiya - CAR oyunu başladı

DÇ-2026: Çexiya - CAR oyunu başladı

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

End of content

No more pages to load

RADİO