Bizim.Media-nın əldə etdiyi məlumata görə hal-hazırda Şəmkir rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyat tədbirləri həyata keçirir.
Verilən son məlumata görə, əməliyyat tədbiləri zamanı Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov və bir neçə səlahiyyətli şəxs saxlanılıb.
Əməliyyat tədbirləri hazırda davam edir.
Xatırladaq ki, Alimpaşa Məmmədov 8 oktyabr 2014-cü il tarixdən Şəmkir Rayon İcra Hakimiyyəti başçısıdır.
Bundan əvvəl Alimpaşa Adil oğlu Məmmədov Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.
Bizim.Media