Aynişan dələduzluqda ittiham olunur - VİDEO

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva dələduzluqda ittiham edilib. Belə ki, Aynişan bir neçə gün öncə 1 milyon 200 min izləyicisi olan instaqram hesabında “giveaway” yarışmasını keçirəcəyini elan edib.

Yarışda avtomobil daxil olmaqla 5 hədiyyə təqdim edilib və ödəniş qarşılığında sponsor cəlb olunub.

İddiaya görə, oyunda yer alan istifadəçilərin seçimində şəffaflıq pozulub. Aynişan qalibi seçən “Random” proqramını canlı yayımda seçim zamanı yox, əvvəlcədən yükləyib. Daha sonra qaliblər seçilib, lakin avtomobilin qalibi açıqlanan zaman canlı yayım kəsilib.


Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, fasilə zamanı təşkilatçılar öncədən müəyyənləşdirilmiş şəxsin vatsapına yazıb ki, “hazırlaşsın, birinci yox, ikinci zəngdən sonra telefonu açsın”. Yenidən canlıya qoşulan Aynişan qalibin adını açıqlasa da, onun necə seçildiyini göstərməyib. “Ssenari”yə uyğun olaraq Aynişan sözügedən şəxsə zəng vurub, ancaq qarşı tərəf dəstəyi götürməyib.

Canlı yayımı skrin edən təşkilatçı səhvən sözügedən vatsap yazışmalarını da lentə alıb. Həmin görüntüləri isə Aynişan diqqətsizlik edərək səhifədə yerləşdirib.

Bundan sonra A. Quliyevanın ünvanına tənqidi şərhlər yazılıb. Bloqqer sözügedən məsələdən sonra instaqram səhifəsində açıqlama yayıb:

“Mənim səhifəmdə həmin yarışı təşkilatçılar keçirib. Onlarla danışıqlar aparanda dedim ki, hansı proqramla qalibi seçəcəyik? Cavabları “Random” oldu. Çünki ən böyük yarışların qalibi sözügedən proqramla seçilir. Mən heç bir proqrama müdaxilə etmirəm, başım çıxmır.

Vicdanıma sığışdırıb kimisə bu yolla aldatmaram! Sizin güvəninizi sarsıdacaq bir şey edə bilmərəm. Mən yarışı həmişə öz səhifəmin canlısında açırdım. Lakin təşkilatçıların xahişi ilə yeni “Ayniyarış” səhifəsində açdım. Qalibləri seçən zaman internetdə problem yarandı. Zəng gəldi ki, donmalar var. Canlını dayandırıb yenidən qoşuldum. Qalibləri seçdik.

Evə gəldim, anam soruşdu ki, yarış necə keçdi? Əla olduğunu bildirdim. Anam baxmaq üçün səhifəyə girdi, gördü ki, yüklənən canlı yayım silinib.

Təşkilatçılara zəng vurdum, söylədilər ki, izləyicilər artıq-əksik yazdığı üçün silinib. Sonra gördüm ki, səhifələr heç bir əsası olmayan məlumatlar paylaşırlar. Sən demə, ekranı skrin edən zaman yazışmalar olub. Təşkilatçılar bunu edib”. (Qafqazinfo)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bolqarıstanda Şuşa parkı AÇILACAQ

Bolqarıstanda Şuşa parkı AÇILACAQ

Elektron siqaret qadağası ilə bağlı TƏKLİF – “Bu tarixdən qüvvəyə minsin”

Elektron siqaret qadağası ilə bağlı TƏKLİF – “Bu tarixdən qüvvəyə minsin”

Bolqarıstan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Bolqarıstan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Elektron siqaretlərdən istifadə qadağası ilk oxunuşda TƏSDİQLƏNDİ

Elektron siqaretlərdən istifadə qadağası ilk oxunuşda TƏSDİQLƏNDİ

Bu iki xəstəxana tam olaraq onlayn randevu SİSTEMİNƏ KEÇƏCƏK

Bu iki xəstəxana tam olaraq onlayn randevu SİSTEMİNƏ KEÇƏCƏK

Nazarbayevdən İlham Əliyevə: “Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb”

Nazarbayevdən İlham Əliyevə: “Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb”

Rusiyanın Baş nazirindən Azərbaycan liderinə MƏKTUB

Rusiyanın Baş nazirindən Azərbaycan liderinə MƏKTUB

Vüqar Qurbanov: “Tibb sahəsində korrupsiya hüquqpozmaları azalıb”

Vüqar Qurbanov: “Tibb sahəsində korrupsiya hüquqpozmaları azalıb”

65 yaşdan yuxarı həkimlərlə bağlı YENİLİK

65 yaşdan yuxarı həkimlərlə bağlı YENİLİK

Türkmənistan Prezidentindən İlham Əliyevə TƏBRİK

Türkmənistan Prezidentindən İlham Əliyevə TƏBRİK

Bu il əmək müqaviləsinə xitam verilən xəstəxana direktorlarının SAYI AÇIQLANDI

Bu il əmək müqaviləsinə xitam verilən xəstəxana direktorlarının SAYI AÇIQLANDI

Bu şəxslərdən 100 manat rüsum tələb OLUNMAYACAQ

Bu şəxslərdən 100 manat rüsum tələb OLUNMAYACAQ

Zelenskidən İlham Əliyevə MƏKTUB

Zelenskidən İlham Əliyevə MƏKTUB

Həkimlərin maaşı nə qədər ARTIB?

Həkimlərin maaşı nə qədər ARTIB?

Əlillik göndərişlərinin təsdiqlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Əlillik göndərişlərinin təsdiqlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Abidələrlə bağlı YENİ QADAĞA

Abidələrlə bağlı YENİ QADAĞA

İcbari Tibbi Sığorta Zərfinə daxil edilən xidmətlərin sayı ARTIRILDI

İcbari Tibbi Sığorta Zərfinə daxil edilən xidmətlərin sayı ARTIRILDI

Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun həbsi tələb olundu - Yarım milyonluq DƏLƏDUZLUQ

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun həbsi tələb olundu - Yarım milyonluq DƏLƏDUZLUQ

TƏBİB-in xəstəxanalarındakı ana ölümlərinin SAYI AÇIQLANDI

TƏBİB-in xəstəxanalarındakı ana ölümlərinin SAYI AÇIQLANDI

Bu il 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub – RƏSMİ

Bu il 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub – RƏSMİ

Lukaşenko İlham Əliyevi TƏBRİK ETDİ

Lukaşenko İlham Əliyevi TƏBRİK ETDİ

Bu şəxslər 500 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 500 manat CƏRİMƏ OLUNACAQ

Çin liderindən İlham Əliyevə MƏKTUB

Çin liderindən İlham Əliyevə MƏKTUB

End of content

No more pages to load

RADİO