Sosial şəbəkələrdə Sabirabad rayonunda intihar edən 20 yaşlı Səmayə Zeynalova ilə bağlı yeni məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, mərhumun yaxınları iddia edir ki, onun nar ağacından özünü asması yalandır.
Belə ki, ağac elastik olduğu üçün bu inandırıcı görünmür. Oların sözlərinə görə, qızları yerdə uzanıqlı vəziyyətdə olub.
Məlumata görə, üç il öncə ailə həyatı quran Səmayə Zeynalovanın 1 yaş 6 aylıq oğlu var. Qız ailəli olduğu dövrdə valideyinlərinə həyat yoldaşı, qaynatası və qaynanasının ona mənəvi və psixoloji işgəncə verdiklərindən və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edib və boşanmaq istəyib. Qızın atası nikahın pozulmasına razılıq versə də anası qəti etiraz edib.
Qızın anası ilə oğlanın anasının əmiqızı olduqları bildirilir.
Qeyd edək ki, Sabirabad rayonu Cavad kənd sakini Zeynalova Səmayə Xalid qızı aprelin 24-də axşam saatlarında intihar edib. O, özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.
Bizim.Media
