Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk arasında Moskvada görüş olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.
Məlumata görə, tərəflər əsasən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə ediblər.
Həmçinin təmaslar zamanı iki ölkə arasında ekoloji əməkdaşlığın cari məsələləri və Rusiya nümayəndə heyətinin COP29-da işirakına hazırlıq prosesi də müzakirə mövzusu olub.
Qeyd edilib ki, görüşdə Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev və iki ölkənin federal nazirliklərinin nümayəndələri iştirak ediblər.
Bizim.Media