Hacıqabulda 17 yaşlı qızın ölümünə həkim səhlənkarlığı səbəb olub? – ARAŞDIRMA 

Xəbər verildiyi kimi, Hacıqabulun II Udulu kənd sakini 2007 təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb.

Atası Eyvaz Qarayevin saytımıza verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. 

Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasının pediatrı Flora Mənsimova əvvəl zəhərlənmə, bir gün sonra isə qızılca diaqnozu qoyub. Mayın 3-də Ayişənin halı pisləşib və qusmağ başlayıb, buna görə də Təcili Tibbi Yardıma müraciət ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Qızılcadan ölən 17 yaşlı qızın atasından SENSASİON İDDİA – “Qızımı həkimlər öldürdü” – ÖZƏL   


Atanın iddiasına görə, Təcili Tibbi Yardımın əməkdaşı 20 qramlıq şprislə Ayişənin qol damarında iynə vurub və bir dəqiqənin içində qızın halı ağırlaşıb. Buna görə də onu Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırıblar. 

Məsələnin təfərrüatlarını öyrənmək üçün Hacıqabul Rayon Təcili Tibbi Yardım Stansiyası ilə əlaqə saxladıq.

Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı Bizim.Media-ya bildirib ki, Ayişə Qarayevaya iynə vurulanda onsuz da vəziyyəti ağır olub:

“Briqadamız çağırış üçün gedəndə, qızın qızdırması 36 dərəcə olub. Anası əməkdaşlarımıza bildirib ki, qıza Analgin və Dimedrol vurub. Sadəcə o, dayanmadan qusurmuş. Buna görə Ayişə Qarayevaya qızılcanın ağırlaşması səbəbilə venadaxili Kokarboksilaza, Natrium Xlorid və Dimedrol vurulub. Lakin briqadamız iynəni pediatrla məsləhətləşib vurub. Həmin gün növbədə həkim olmadığı üçün qıza ilkin yardımı feldşerlər Tağıyeva Kifayət və Mahmudova Yeganə göstəriblər. 

Təcili Yardım şöbəsinə gətiriləndə isə qız qollarında huşunu itirmiş vəziyyətdə imiş, buna görə də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndəriliblər. Bizdə olan məlumata görə, Şirvan Xəstəxanası da qızın vəziyyəti ağır imiş deyə, qəbul etməyib, Bakıya göndərib.   

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından isə sorğumuza cavab olaraq bildiriblər ki, Ayişə Qarayeva xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub:

“Ayişə Qarayevanın növbətçi həkimi Həmid Pənahov olub. Xəstənin vəziyyəti ağırlaşandan sonra bura gətirilib. Qızılcaya yoluxan bir günün içində rəhmətə gedə bilməz. Onlar evdə yubadıb, sonra xəstəni bura gətiriblər. Valideynin hirsini başa düşürük, övladını itirib, hər şey deyə bilər. Biz vəziyyəti ağırlaşan xəstələri Bakıya göndəririk. Ayişə Qarayeva üçün də Bakı xəstəxanaları ilə əlaqə saxlanılıb, yer olmadığı üçün gözlədiliblər”. 

Əməkdaşımızın “Şirvan Şəhər Mərkəzi Xəstəxanası tibbi avadanlıq və həkimlə təchiz olunmur ki, vəziyyəti ağırlaşan xəstəni Bakıya göndərirsiniz?” sualına isə “bu mövzuya ancaq rəhbərlik cavab verə bilər”, - deyə cavab verilib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsək də, hələki qurumdan açıqlama verilməyib. 

Mövzunu diqqətdə saxlayacağıq.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır

Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan və Banqladeş XİN başçıları telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Azərbaycan və Banqladeş XİN başçıları telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Daha bir ölkədə uşaqlara sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

Daha bir ölkədə uşaqlara sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

Neftçala xəstəxanasının bağlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Neftçala xəstəxanasının bağlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

"Dünyanın ən eybəcər adamı" necə yaşayır? – FOTO

"Dünyanın ən eybəcər adamı" necə yaşayır? – FOTO

Trampın yeni gizli silahı: Nəvəsi İvankanın yerini tutur – FOTO

Trampın yeni gizli silahı: Nəvəsi İvankanın yerini tutur – FOTO

Ceff Bezos "Milyarderlər sığınacağı"nda ən baha malikanə tikdirir - FOTO

Ceff Bezos "Milyarderlər sığınacağı"nda ən baha malikanə tikdirir - FOTO

Belarus Ukraynaya NOTA VERDİ

Belarus Ukraynaya NOTA VERDİ

Pentaqon rəhbəri NATO-yu "kağız pələng" adlandırdı

Pentaqon rəhbəri NATO-yu "kağız pələng" adlandırdı

"Adolf Hitler" həbs edildi - FOTO

"Adolf Hitler" həbs edildi - FOTO

Mənfi enerjili insanların yoxa çıxacağı tarix açıqlandı – Ufoloqla SENSASİON VİDEOMÜSAHİBƏ

Mənfi enerjili insanların yoxa çıxacağı tarix açıqlandı – Ufoloqla SENSASİON VİDEOMÜSAHİBƏ

Ukrayna ordusu Rostov vilayətində teplovoza ZƏRBƏ ENDİRDİ

Ukrayna ordusu Rostov vilayətində teplovoza ZƏRBƏ ENDİRDİ

"WhatsApp"ın "iOS" versiyasında yeni funksiya

"WhatsApp"ın "iOS" versiyasında yeni funksiya

Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə TƏHVİL VERDİ

Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə TƏHVİL VERDİ

Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Abşeronda 19 minlik elektrik naqilləri oğurlandı: 5 nəfər tutuldu – ANBAAN VİDEO

Abşeronda 19 minlik elektrik naqilləri oğurlandı: 5 nəfər tutuldu – ANBAAN VİDEO

Elektrik kabelini kəsdiyinə görə 68 yaşlı qadını vəhşicəsinə döydü – VİDEO

Elektrik kabelini kəsdiyinə görə 68 yaşlı qadını vəhşicəsinə döydü – VİDEO

Binəqədidə maşından meyit tapıldı

Binəqədidə maşından meyit tapıldı

“Turan Tovuz”un hücumçusu komandanı tərk etmək İSTƏYİR

“Turan Tovuz”un hücumçusu komandanı tərk etmək İSTƏYİR

Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

Kahramanmaraşda məktəbə hücumun sifarişi xaricdən gəlibmiş... – SENSASİON DETALLAR

Kahramanmaraşda məktəbə hücumun sifarişi xaricdən gəlibmiş... – SENSASİON DETALLAR

End of content

No more pages to load

RADİO