Son günlər keçən qeyri-stabil hava nəticəsində Xınalıq dağlarında yenidən qar görünüb.
Yerli sakinlərin məlumatına görə, kəndin yaxınlığındakı dağlar və Şahdüzü may qarına bürünüb.
Quba Ərazi hidrometerologiya müəsssisəsindən Bizim.Media-ya verilən məlumata görə, qar əsasən Şahdüzü istiqamətinə düşüb.
Ümumiyyətlə, may ayında havanın yağıntılı və qeyri-sabit keçəcəyi gözlənilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu