Broyler toyuqlarının bu hissələrini yeməyin – XƏRÇƏNG YARADIR...

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. 

Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insan sağlamlığı üçün zərərlidir. Məsələn, toyuq boynunda zərərli maddələrin və bakteriyaların toplana biləcəyi limfa vəziləri var. Toyuq boynundan müntəzəm istifadə xərçəngə tutulma riskini artıra bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuqlarda bakteriya aşkarlanıb


Toyuq bağırsaqlarında qida qalıqları və müxtəlif bakteriyalar ola bilər. Toyuğun bu hissəsinin istehlakı qanda yağ səviyyəsinin artmasına səbəb ola bilər.

Toyuq ayaqları orqanizmin həzm etməkdə çətinlik çəkdiyi yağlarla zəngindir. Bundan əlavə, onların tərkibində bədənə daxil olduqda insan sağlamlığına mənfi təsir göstərən hormonlar ola bilər.

Toyuq quyruğu və ya qaz quyruğu da sağlamlığa zərər verə biləcək toksin və bakteriya mənbəyi ola bilər.

Həkimlər sağlamlıq risklərini minimuma endirmək üçün toyuq hissələrini seçərkən diqqətli olmağı tövsiyə edir.

Toyuğun ən faydalı hissəsi dərisiz döş ətidir. Bu hissə yüksək keyfiyyətli protein mənbəyidir və həmçinin toyuğun digər hissələri ilə müqayisədə daha az yağ ehtiva edir. 

Döş ətində də daha az doymuş yağ və xolesterol var.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov bildirib ki, broyler şəraitində, fabriklərdə yetişdirilən toyuqların qida rasionlarının qorunması və tənzimlənməsi prinsipləri bir çox hallarda pozulur:

“Çəkisinin artırılması üçün proteinli qida məhsulları ilə  yemləndirilən toyuqların yem vahidi bioloji inkişaf müddətinə nəzərən düzgün hesablanmadıqda onların orqanizmində kanserogen və toksiki maddələrin miqdarı artır ki, bunun da istehlakçılara mənfi təsirləri olur. Həm xərçəng xəstəliyinin, həm də digər toxumaların zədələnməsinə zəmin yaranır. 

Broylerdə quşların vaxtından əvvəl çəki alması üçün fərqli qida rasionları tətbiq olunur. Yemləmə üçün istifadə olunan proteinlər həm normadan artıq verildikdə, həmçinin optimal mühitdə saxlanılmadıqda onların təbii kimyəvi quruluşlarının pozulması baş verə bilir.  Bu halda proteinli qidalar kanserogen maddələrə çevrilirlər”.

“Toksinləri çox olan quş ətindən istifadə etmək təhlükəlidir”

Abbas Bağırov həmin kanserogen və ya toksiki maddələrin toyuğun bədəninin hansı nahiyəsində toplanmasından asılı olmayaraq, insanlar üçün potensial təhlükə mənbəyinə çevrildiyini qeyd edib:

“Toyuq və  digər quşların yetişdirilmə müddəti optimal olsa, standartalara uyğun şəkildə normativlərə cavab versə, o zaman quş ətinin təhlükəsizliyi haqqında danışmaq olar. Bir sıra fabriklərdə yetişdirilən quşların yemlənməsi texniki- normativ sənədlərə uyğun deyil. O səbəbdən də bir çox risklər yaranır. 

Qeyd etmək lazımdır ki, quşların bel nahiyəsi dərisində, arxa-quyruq hissəsində, qanad büküşlərində doymuş yağlar daha çox toplanır. Toksinləri çox olan quş ətindən istifadə etmək təlükəlidir. Hansı ki dönərxanalarda və “fast food” yeməklər hazırlanan iaşə obyektlərində çox vaxt bu amillər nəzərə alınmır, insanlar bu cür keyfiyyətsiz məhsullarla qidalandığı zaman ciddi zərərlər görürlər. 
Müayinələr göstərir ki, quşlarda toksinlərin az toplandığı nahiyə döş nahiyəsidir. Çünki o nahiyədə bilavasitə qan damarlarının təchizatı zəifdir”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə TƏHVİL VERDİ

Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə TƏHVİL VERDİ

Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Abşeronda 19 minlik elektrik naqilləri oğurlandı: 5 nəfər tutuldu – ANBAAN VİDEO

Abşeronda 19 minlik elektrik naqilləri oğurlandı: 5 nəfər tutuldu – ANBAAN VİDEO

Elektrik kabelini kəsdiyinə görə 68 yaşlı qadını vəhşicəsinə döydü – VİDEO

Elektrik kabelini kəsdiyinə görə 68 yaşlı qadını vəhşicəsinə döydü – VİDEO

Binəqədidə maşından meyit tapıldı

Binəqədidə maşından meyit tapıldı

“Turan Tovuz”un hücumçusu komandanı tərk etmək İSTƏYİR

“Turan Tovuz”un hücumçusu komandanı tərk etmək İSTƏYİR

Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

Kahramanmaraşda məktəbə hücumun sifarişi xaricdən gəlibmiş... – SENSASİON DETALLAR

Kahramanmaraşda məktəbə hücumun sifarişi xaricdən gəlibmiş... – SENSASİON DETALLAR

Sumqayıtın bir hissəsində su kəsildi: Səbəb AÇIQLANDI

Sumqayıtın bir hissəsində su kəsildi: Səbəb AÇIQLANDI

İsmail Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi TƏYİN EDİLDİ

İsmail Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi TƏYİN EDİLDİ

Yeni ixtisas açılır - Kimlər tədris edəcək?

Yeni ixtisas açılır - Kimlər tədris edəcək?

Krımda ruslar üçün mühüm dəmir yolu körpüsü vuruldu: Hərəkət dayandırıldı – FOTO/VİDEO

Krımda ruslar üçün mühüm dəmir yolu körpüsü vuruldu: Hərəkət dayandırıldı – FOTO/VİDEO

Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı

Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı

İranda gənc müğənniyə bu görüntülərinə görə şallaq cəzası verildi – VİDEO

İranda gənc müğənniyə bu görüntülərinə görə şallaq cəzası verildi – VİDEO

Koreya vətəndaşları Azərbaycana vizasız gələcək? – XİN-dən RƏSMİ CAVAB

Koreya vətəndaşları Azərbaycana vizasız gələcək? – XİN-dən RƏSMİ CAVAB

Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ AÇIQLAMA

Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ AÇIQLAMA

Zelenski: "Ukrayna yanacaqsa, sizin Moskvanız da yanacaq"

Zelenski: "Ukrayna yanacaqsa, sizin Moskvanız da yanacaq"

Moskva yanır, fonda isə "Rammşteyn" oxuyur – VİDEO

Moskva yanır, fonda isə "Rammşteyn" oxuyur – VİDEO

"Buna görə onu evdən qovdum" -Aktyorun xanımı

"Buna görə onu evdən qovdum" -Aktyorun xanımı

Hikmət Hacıyev rumıniyalı həmkarı ilə görüşdü – Nələr müzakirə edildi? – FOTO

Hikmət Hacıyev rumıniyalı həmkarı ilə görüşdü – Nələr müzakirə edildi? – FOTO

Moskva aeroportlarında xaos: PUA hücumundan 520-dən çox reys təxirə salındı – VİDEO

Moskva aeroportlarında xaos: PUA hücumundan 520-dən çox reys təxirə salındı – VİDEO

Polşada rusiyalı rəssamın qətlində şübhəli bilinən şəxs TUTULDU - FOTO

Polşada rusiyalı rəssamın qətlində şübhəli bilinən şəxs TUTULDU - FOTO

End of content

No more pages to load

RADİO