Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Niva" ilə "Mercedes"markalı minik maşınları toqquşub.
Hadisə zamanı 3 nəfər - 1977-ci il təvəllüdlü Zahid Hüseynov, 1965-ci il təvəllüdlü Fazil Əliyev və 2003-cü il təvəllüdlü Hidayət Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu