Bakı pravoslavları Pasxa bayramını belə qeyd edirlər - FOTO

Azərbaycanda yaşayan pravoslavlar bu gün əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.

Bizim.Media xəbər verir ki, mayın 4-dən 5-nə keçən gecə Bakıda və Azərbaycanın regionlarında yerləşən pravoslav məbədlərində Pasxa ibadətləri keçirilib. Məbədlərə gələnlər ibadət edib, şamlar düzüblər.

Bayram ərəfəsində pravoslav xristianları icmasına təbrik ünvanlayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir.

“Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər”, - deyə dövlətimizin başçısının müraciətində bildirilir.

Bayram ibadəti Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində də olub.
Qeyd edək ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə mayın 5-də qeyd edilir. Ənənəyə görə, dindarlar bayramdan əvvəlki cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayır.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb – FOTO

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb – FOTO

“Su pəhrizi” ilə çəkisini azaltmaq istəyənlərə XƏBƏRDARLIQ

“Su pəhrizi” ilə çəkisini azaltmaq istəyənlərə XƏBƏRDARLIQ

Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır

Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan və Banqladeş XİN başçıları telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Azərbaycan və Banqladeş XİN başçıları telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Daha bir ölkədə uşaqlara sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

Daha bir ölkədə uşaqlara sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

Neftçala xəstəxanasının bağlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Neftçala xəstəxanasının bağlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

"Dünyanın ən eybəcər adamı" necə yaşayır? – FOTO

"Dünyanın ən eybəcər adamı" necə yaşayır? – FOTO

Trampın yeni gizli silahı: Nəvəsi İvankanın yerini tutur – FOTO

Trampın yeni gizli silahı: Nəvəsi İvankanın yerini tutur – FOTO

Ceff Bezos "Milyarderlər sığınacağı"nda ən baha malikanə tikdirir - FOTO

Ceff Bezos "Milyarderlər sığınacağı"nda ən baha malikanə tikdirir - FOTO

Belarus Ukraynaya NOTA VERDİ

Belarus Ukraynaya NOTA VERDİ

Pentaqon rəhbəri NATO-yu "kağız pələng" adlandırdı

Pentaqon rəhbəri NATO-yu "kağız pələng" adlandırdı

"Adolf Hitler" həbs edildi - FOTO

"Adolf Hitler" həbs edildi - FOTO

Mənfi enerjili insanların yoxa çıxacağı tarix açıqlandı – Ufoloqla SENSASİON VİDEOMÜSAHİBƏ

Mənfi enerjili insanların yoxa çıxacağı tarix açıqlandı – Ufoloqla SENSASİON VİDEOMÜSAHİBƏ

Ukrayna ordusu Rostov vilayətində teplovoza ZƏRBƏ ENDİRDİ

Ukrayna ordusu Rostov vilayətində teplovoza ZƏRBƏ ENDİRDİ

"WhatsApp"ın "iOS" versiyasında yeni funksiya

"WhatsApp"ın "iOS" versiyasında yeni funksiya

Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Kolumbiyalı azarkeşlər DÇ-2026-da ağlayan özbək uşağa belə təsəlli verdilər – VİDEO

Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə TƏHVİL VERDİ

Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə TƏHVİL VERDİ

Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Trampdan QORXUNC TƏHDİD – “Həmin ölkəyə nüvə zərbəsi endirəcəyik” – VİDEO

Abşeronda 19 minlik elektrik naqilləri oğurlandı: 5 nəfər tutuldu – ANBAAN VİDEO

Abşeronda 19 minlik elektrik naqilləri oğurlandı: 5 nəfər tutuldu – ANBAAN VİDEO

Elektrik kabelini kəsdiyinə görə 68 yaşlı qadını vəhşicəsinə döydü – VİDEO

Elektrik kabelini kəsdiyinə görə 68 yaşlı qadını vəhşicəsinə döydü – VİDEO

Binəqədidə maşından meyit tapıldı

Binəqədidə maşından meyit tapıldı

“Turan Tovuz”un hücumçusu komandanı tərk etmək İSTƏYİR

“Turan Tovuz”un hücumçusu komandanı tərk etmək İSTƏYİR

Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

Avropa İttifaqından ukraynalı qaçqınlarla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

End of content

No more pages to load

RADİO