Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında ilişib qalıb.
O, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və köməyə FHN - Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində yeniyetmənin barmaqları ətçəkən maşından çıxarılıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu