Ötən gün Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli oxu.az-a bildirib ki, baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər həyatını itirib.
“3 may saat 11:30-da paytaxtın Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü piyadaların hərəkəti üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1950-ci il təvəllüdlü Bakı şəhər sakini Həsənağa Bayramovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə məlumatda bildirilir.
Videonu təqdim edirik: