TƏBİB haqqındakı tənqidi yazıları sildirir?

"Əslində dərdimizə dərman olmaq üçün yaradılan TƏBİB-in özü bu gün Azərbaycan səhiyyəsinin dərdinə çevrilib və heç cür sağalmaq bilmir. TƏBİB-dəki son həbslər də bu qurumun necə fəaliyyət göstərdiyini, səhiyyəmizi hansı günə saldığını bir daha göstərdi.

Maliyyə fırıldaqları, maxinasiyalar, dərmanların qanunsuz satışının təşkili, bir sözlə bu qurumda nə desən var, həkimlikdən savayı. Hələ bu azmış kimi, TƏBİB-in son həbslərlə bağlı məlumatları mediadan və sosial şəbəkələrdən sildirməyə çalışması, bu məqsədlə “reket jurnalistlər”i araya salaraq, pul paylaması bu qurumun birbaşa reket fəaliyyətini də ortaya çıxardı".

Bizim.Media xəbər verir ki, bu barədə Demokrat.az-da məqalə yayımlanıb.

Məqalənin davamını təqdim edirik:

"Bu məlumat diqqəti mediada Səhiyyə Nazirliyinin əleyhinə yayılan məlumatlara-məqalələrə yönəldir. Məlumdur ki, TƏBİB bir çox məsələdə Səhiyyə Nazirliyini “günahkar” çıxarır, xüsusilə özünün yaratdığı problemlərdən boyun qaçırmaq üçün bütün məsuliyyəti nazirliyin üzərinə yıxır. Bu haqda mediada da mütəmadi məlumatlar yayılır. 

Görünür ki, bu kampaniyanın arxasında da elə TƏBİB dayanırmış. Qurum hazırda pul payladığı “reketlərin” əli ilə Səhiyyə Nazirliyini “vurmağa” çalışır. “Reket jurnalistlər” də TƏBİB-in yaxın sevimli “mirzələridir”, əks təqdirdə, qurum həbs xəbərlərinin sildirilməsi işini onlara həvalə etməzdi. Bu da TƏBİB-lə “reket jurnalistlər” arasındakı bağlantısını ifşa edir.
Dərdimizə dərman olmayan TƏBİB-in fəaliyyətində ciddi nöqsanların olduğu göz qabağındadır. Son həbslər də bunu təsdiq edir. Lakin hər şey bununla bitmir, TƏBİB-in səhiyyəmizə vurduğu zərər saysız-hesabsızdır. Misal üçün, hazırda ölkədə ən bərbad fəaliyyət göstərən Təcili Tibbi Yardım Xidmətidir. Bu xidmətin fəaliyyəti onun TƏBİB-in tabeçiliyinə keçməsindən sonra bu günə düşdü. Son zamanlar Təcili Yardım Xidməti gah vətəndaşların çağırışına cavab vermir, gah da çağırış yerinə gec gedir. TƏBİB-in tabeliyində olan xəstəxanalarda da eyni vəziyyətdir.

Nə doğru-dürüst xidmət göstərirlər, nə də dövlətin səhiyyə siyasətinə uyğun iş görürlər. TƏBİB-in əsas işi dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi, eləcə də dövlətin tibb ocaqlarını “alver yuvasına” çevirməkdir. Bu səbəbdən də artıq TƏBİB-də də ciddi yoxlamaların aparılmasına və tezliklə lazımi addımların atılmasına ehtiyac var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvada “neft yağışı” – FOTO/VİDEO

Moskvada “neft yağışı” – FOTO/VİDEO

Kranlardan axan TƏHLÜKƏ - Paslı su ölümcül xəstəliyə səbəb olur?

Kranlardan axan TƏHLÜKƏ - Paslı su ölümcül xəstəliyə səbəb olur?

Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi

Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi

Belçika bütün "F-16" qırıcılarını Ukraynaya VERƏCƏK

Belçika bütün "F-16" qırıcılarını Ukraynaya VERƏCƏK

Trampın ABŞ bayrağı ilə bağlı planı alt-üst oldu –FOTO/VİDEO

Trampın ABŞ bayrağı ilə bağlı planı alt-üst oldu –FOTO/VİDEO

Almaniya Ukrayna üçün daha 400 milyon dollar ayırır – SİLAH ALINACAQ

Almaniya Ukrayna üçün daha 400 milyon dollar ayırır – SİLAH ALINACAQ

“Hər şey yaxşı olacaq" ifadəsi niyə əks təsir yaradır? – Maraqlı İZAH

“Hər şey yaxşı olacaq" ifadəsi niyə əks təsir yaradır? – Maraqlı İZAH

Quzularını qurda tapşırsa, heç belə olmazdı - Çobandan 700 minlik yeyinti...

Quzularını qurda tapşırsa, heç belə olmazdı - Çobandan 700 minlik yeyinti...

Rusiya Ermənistana etiraz notası GÖNDƏRDİ - VİDEO

Rusiya Ermənistana etiraz notası GÖNDƏRDİ - VİDEO

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb – FOTO

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb – FOTO

“Su pəhrizi” ilə çəkisini azaltmaq istəyənlərə XƏBƏRDARLIQ

“Su pəhrizi” ilə çəkisini azaltmaq istəyənlərə XƏBƏRDARLIQ

Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır

Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan və Banqladeş XİN başçıları telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Azərbaycan və Banqladeş XİN başçıları telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Daha bir ölkədə uşaqlara sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

Daha bir ölkədə uşaqlara sosial şəbəkələrdən istifadə QADAĞAN EDİLDİ

Neftçala xəstəxanasının bağlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Neftçala xəstəxanasının bağlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

"Dünyanın ən eybəcər adamı" necə yaşayır? – FOTO

"Dünyanın ən eybəcər adamı" necə yaşayır? – FOTO

Trampın yeni gizli silahı: Nəvəsi İvankanın yerini tutur – FOTO

Trampın yeni gizli silahı: Nəvəsi İvankanın yerini tutur – FOTO

Ceff Bezos "Milyarderlər sığınacağı"nda ən baha malikanə tikdirir - FOTO

Ceff Bezos "Milyarderlər sığınacağı"nda ən baha malikanə tikdirir - FOTO

Belarus Ukraynaya NOTA VERDİ

Belarus Ukraynaya NOTA VERDİ

Pentaqon rəhbəri NATO-yu "kağız pələng" adlandırdı

Pentaqon rəhbəri NATO-yu "kağız pələng" adlandırdı

"Adolf Hitler" həbs edildi - FOTO

"Adolf Hitler" həbs edildi - FOTO

Mənfi enerjili insanların yoxa çıxacağı tarix açıqlandı – Ufoloqla SENSASİON VİDEOMÜSAHİBƏ

Mənfi enerjili insanların yoxa çıxacağı tarix açıqlandı – Ufoloqla SENSASİON VİDEOMÜSAHİBƏ

Ukrayna ordusu Rostov vilayətində teplovoza ZƏRBƏ ENDİRDİ

Ukrayna ordusu Rostov vilayətində teplovoza ZƏRBƏ ENDİRDİ

End of content

No more pages to load

RADİO