Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Qozlu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobili minik avtomobili ilə toqquşub.
Qəzada 5 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub.
Bizim.Media