Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinin Diamir rayonunda sərnişin avtobusu dərəyə aşıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli “Geo News” portalı yayıb.
Hadisə zamanı 20 nəfər həlak olub, daha 21 nəfər isə xəsarət alıb.
Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
Bizim.Media