"Bu forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur" .
Bizim.Media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan "İctimai proseslər media müstəvisində" adlı forumda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib.
O vurğulayıb ki, “İctimai proseslər media müstəvisində” mövzusuna həsr edilən forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.
Alçina Amilqızı, Leyla Qəhrəmanova, Bizim.Media