Gəncədə orta məktəblərdən birində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbin şagirdi olan 2008-ci il təvəllüdlü Raul İbrahimov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyata götürülüb.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu