Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə Rafael Əliyev ifadə verib.

Rafael Əliyev bildirib ki, proses bəlli olub və ora kimin nəzarət etdiyi də bilinirdi:

“Rüşvət sərhəddə alınırdı və komitəyə verilirdi. Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İşə qəbul olunan gömrük işçisi sabahı günü işə çıxanda artıq neçə işləyəcəyini bilirdi. İstər yaradılan TIR, istərsə də GRP (yük xəttinə aid yaradılan qanunsuz proqram) proqramlarına komitədən kiminsə girişinə icazəsi yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib komitə sədri Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik”.

Keçmiş maliyyə naziri bildirib ki, komitə sədri onlardan pulların dollar olaraq verilməsini istəyib:

“Pullar gömrükçülərdən manat və dollar kimi alınırdı. Komitə sədri demişdi ki, pulları ona dollar kimi verək. Özü banklara zəng edib deyirdi, biz də gedib manatları dollara çevirirdik”.

Gömrük Komitəsində məhv edilən kompüterlərin hard-disklərinə (yaddaş cihazı) isə Rafael Əliyev belə aydınlıq gətirib: "Kompüterlərin hard-diskləri məhv edilib. Ancaq bu proses mən orda çalışdığım müddətdə olmayıb, məndən sonra olub. Disklərin məhv edilməsinin səbəbi, yəqin ki, proqramların ləğvi ilə bağlı olub. Sonradan bilinib ki, bu proseslər səhvdir və hər şey ləğv edilib, sənədlər də ləğv edilibsə, deməli, hər şey qeyri-qanuni olub”.

Maliyyə naziri işlədiyi dövrdə Rafael Əliyev qanunsuz olaraq 2017-ci ildə işə qəbul edilən 8 nəfərə verilən əməkhaqqına da aydınlıq gətirib. O bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri işləyərkən həmin işçilərin adları dövlət qulluğunun reyestrində də olub. Aylıq paket olaraq 15 min manat aldığını qeyd edən Rafael Əliyev bildirib ki, o bunu maaş kimi alıb: "Bu mənə əməkhaqqı kimi təqdim olunurdu. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir".

Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın bir hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam edir: "Biz zərərçəkən tərəf olaraq dəyən ziyanın tam ödənilməsini tələb edirik və məhkəmədən bunun təmin edilməsini xahiş edirik".
Proses daha sonra şahidlərin ifadələri ilə davam edib. Şahidlər bildiriblər ki, onlara öncədən göstəriş verilib və pullar yığılıb. Bu göstərişləri isə o zaman komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində yüklərdən (idxaldan) ay ərzində ortalama 800 min - 1 milyon manat yığılırdı. Həmçinin, bu proses digər məntəqələrdə də olub. Ortalama olaraq hər ay TIR proqramı vasitəsilə 200 min manatdan çox vəsait mənimsənilib. Şahidlər deyib ki, gömrüklərdə hər ay bu məbləğ dəyişirmiş. Belə ki, ay ərzində hər bir gömrükdə 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış. Culfa gömrük məntəqəsində 3 il ərzində təqribən 12.5 milyon manat, Şahtaxtı gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Şahidlər vurğulayıb ki, komitədən onlara kompüterlərin hard-disklərinin dəyişdirilməsi tapşırılıb. 1 həftə ərzində 25-30 kompüterin hard-diski dəyişdirilib və onlar maddi təchizat şöbəsinin rəisinə verilib. Həmin yaddaş cihazları isə çilingər tərəfindən 4 yerə bölünərək məhv edilib.

Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

DÇ-2026: Çexiya - CAR oyunu başladı

DÇ-2026: Çexiya - CAR oyunu başladı

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

End of content

No more pages to load

RADİO