Dialoq Forumunun xüsusi panel sessiyaları Ağdam və Şuşada keçiriləcək

Bakı Konqres Mərkəzində mayın 1-də öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Forum çərçivəsində 12 panel müzakirə və dörd plenar sessiya keçirilib.

Tədbirdə müzakirə olunan mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər vacib sahələri əhatə edib. Foruma 100-dən çox ölkəni təmsil edən 700 qonaq qatılıb.

Məlumata görə, yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar Azərbaycanın 30 illik işğaldan azad edilmiş əraziləri ilə tanışlıq məqsədilə mayın 3-də Şuşa və Ağdama səfər edəcəklər. 

Tədbir çərçivəsində Ağdam və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulub.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən tədbiri mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu çox mühüm beynəlxalq platforma kimi qiymətləndirib:

“Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm.

Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

İran artıq iki gündür gəmilərə hücum etmir - Vens

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

Türkiyədə 8 məşhurun narkotik test nəticələri MÜSBƏT ÇIXDI

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyaya səfər etməyin!

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi var

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

DÇ-2026: Çexiya - CAR oyunu başladı

DÇ-2026: Çexiya - CAR oyunu başladı

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

End of content

No more pages to load

RADİO