Prezident İlham Əliyevin “Qarabağ”x9d klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində ölkə başçısının futbolçu heyəti ilə səmimi dialoqu olub.
Moderator.az teleqraf.com-a istinadən xəbər verir ki, İlham Əliyev son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılovla zarafatlaşıb. Prezident İlham Əliyevin yarımmüdafiəçiyə “səni izləyirəm, yaxşı “driblinq”x9dlərin və sürətin var”x9d deyib.
Ölkə başçısının “topu cərimə meydançasının yanında və arxada çox saxlama”x9d deməsi isə komandanın gülüşünə səbəb olub. Həmin səmimi dialoqun fotosunu təqdim edirik.
Qeyd edək ki, “Qarabağ”x9d klubu Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
