Mixəyin möcüzəvi faydası 

Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinlilər bu möcüzəvi ədviyyatı süfrələrindən əskik etmirlər.

Mixək öz unikal xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin dərmanı sayıla bilər. Onun tərkibində A, B, C, E vitaminlər qrupu, efir yağları, yağ turşuları, eləcə də müxtəlif minerallar var.

Mixək xroniki anginanın birinci düşmənidir. Hər gün bir neçə mixək çeynəmək faringiti tədricən müalicə edib, sağaldır! Mixəyin insan vücuduna xeyiri saymaqla bitmir.

Bizim.Media bu şəfalı ədviyyatın faydalarından bəhs edən yazını təqdim edir:

Parazitləri məhv etmək üçün

Orqanizmdəki qurdları məhv etmək üçün yeməkdən yarım saat öncə mixək çeynəmək kifayətdir. Bu proseduru gün ərzində 2 dəfə təkrarlayın, müsbət nəticəni özünüz görəcəksiniz. Bədəndəki parazitlər tez bir zamanda tökülüb, məhv olacaq. Mixəklə qurdların təmizlənməsi profilaktik tədbir kimi də çox əlverişlidir. Bir mixək çöpü 20% efir yağlarından ibarətdir. Bu yağlar ətirli maddələrlə zəngindir. Məhz bu özəlliyinə görə o parazitlərlə yanaşı difteriya, vərəm və s. çöplərlə mübarizə aparır.

Ağız boşluğunun müalicəsi üçün

Elə bugündən etibarən saqqızı mixəklə əvəz edin. Hər gün bir neçə mixək çubuğu çeynəsəniz stomatit, parodontoz, damaqların iltihabı və digər ağız boşluğu xəstəliklərindən qurtulacaqsınız. Bu təbii vasitə bahalı dərmanlardan həm daha faydalı, həm də ucuzdur. Mixək angina və bir sıra digər boğaz xəstəliklərində çox effektiv vasitədir.

Həzm sistemini yaxşılaşdırmaq

Mixək həzm sistemini tənzimləyir, maddələr mübadiləsini yaşılaşdırır. Yeməkdən 15 dəqiqə öncə 1 çay qaşığı bal ilə iki mixək çubuğunu qarşıdırıb, çeynəyin. Mədə xorası və yüksək qan təzyiqiniz varsa, bu üsulu sınaqdan keçirməyin. Mixək arıqlayanlar üçün də çox əlverişli vasitədir. O həmçinin qastrit, turşuların çatışmazlığı və digər xəstəlikləri sağaldır.

Xərçəngin profilkatikası

Mixəyin tərkibindəki yevgenol maddəsi xərçəng hüceyrələrinin ölçüsünü kiçildir, yenilərinin yaranmasının qarşısını alır. Mütəxəssislərin araşdırması göstərir ki, xərçəngdən doğmalarını itirən insanlar bu üsulu təcrübədən keçirməlidirlər. Bu, həm onların immunitetini gücləndirir, həm də xərçəng hüceyrələrinin yaranmasına mane olur.

Təzyiqi yüksəltmək üçün

Təzyiqinizin düşdüyünü hiss edirsinizsə, dərman qəbul etməyə tələsməyin. Bir neçə mixək çubuğu çeynəyib gözləyin. Həm təzyiqiniz stabilləşəcək, həm də özünüzü kimyəvi tərkibli dərmanlardan qorumuş olacaqsınız. Ümumiyyətlə, təzyiq problemi olmayan şəxslər də günaşırı mixəkli qəhvə içə bilərlər.

Əsəbləri sakitləşdirmək

Mixək təbii antidepressant sayıla bilər. Hər gecə yatmazdan əvvəl 1 mixək çubuğu çeynəmək, insanı sakitləşdirir, yuxunu normaya salır. Mixəyin keyfiyyətli olub-olmadığını yoxlamaq üçün önu su ilə dolu stəkana atın, əgər çubuq suyun dibinə çökürsə demək ki, onun tərkibində bütün vitaminlər və yağlar olduğu kimi qalıb. Yox, əgər çubuq üfüqi şəkildə üzürsə, demək ki, onu istifadə etməyə dəyməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

"İnter Mayami" Suaresin müqaviləsini UZATDI

"İnter Mayami" Suaresin müqaviləsini UZATDI

Şəkər dişlərə hansı təsiri göstərir?

Şəkər dişlərə hansı təsiri göstərir?

PSJ Qitələrarası Kuboku QAZANDI

PSJ Qitələrarası Kuboku QAZANDI

Bahar şəxsi həyatından DANIŞDI: “Qəlbim doludur, amma onu yanımda istəmirəm” - VİDEO

Bahar şəxsi həyatından DANIŞDI: “Qəlbim doludur, amma onu yanımda istəmirəm” - VİDEO

Brüsseldə Aİ-Qərbi Balkan Sammiti KEÇİRİLİR

Brüsseldə Aİ-Qərbi Balkan Sammiti KEÇİRİLİR

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından VƏFAT EDİB

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından VƏFAT EDİB

"Real"ın futbolçusu son anda heyətdən ÇIXARILDI

"Real"ın futbolçusu son anda heyətdən ÇIXARILDI

ADNSU-nun əməkdaşlarına bayrama görə yüksək məbləğdə mükafat verildi

ADNSU-nun əməkdaşlarına bayrama görə yüksək məbləğdə mükafat verildi

Taker Karlson: “ABŞ bu gecə Venesuelaya müharibə elan edə bilər” - VİDEO

Taker Karlson: “ABŞ bu gecə Venesuelaya müharibə elan edə bilər” - VİDEO

Aysun özünə yeni ev aldı - VİDEO

Aysun özünə yeni ev aldı - VİDEO

İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

Sabah Culfada İŞIQ OLMAYACAQ

Sabah Culfada İŞIQ OLMAYACAQ

Ukrayna müflis olur - KİV

Ukrayna müflis olur - KİV

Ağstafada üç uşağını döydüyü iddia edilən ata SAXLANILDI

Ağstafada üç uşağını döydüyü iddia edilən ata SAXLANILDI

“Ruhi xəstəxanada 2 ay yatdım” - VİDEO

“Ruhi xəstəxanada 2 ay yatdım” - VİDEO

Kobaxidze: “Aİ Moldova və Ermənistandan Gürcüstandan tələb etdiklərini tələb etmir”

Kobaxidze: “Aİ Moldova və Ermənistandan Gürcüstandan tələb etdiklərini tələb etmir”

SON DƏQİQƏ: Ağdamda traktorçu minaya düşdü

SON DƏQİQƏ: Ağdamda traktorçu minaya düşdü

Meydanda ən çox vaxt keçirən futbolçular KİMLƏRDİR?

Meydanda ən çox vaxt keçirən futbolçular KİMLƏRDİR?

Bakıda ağır QƏZA: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

Bakıda ağır QƏZA: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

Aİ 2027-ci ilin payızına qədər Rusiya qazından İMTİNA ETDİ

Aİ 2027-ci ilin payızına qədər Rusiya qazından İMTİNA ETDİ

"Borussiya"sının hücumçusu İspaniya klubunun HƏDƏFİNDƏ

"Borussiya"sının hücumçusu İspaniya klubunun HƏDƏFİNDƏ

End of content

No more pages to load

RADİO