MTN generallarının məhkəməsində zərərçəkmiş ibtidai istintaqa ifadəsini təkzib edib

Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.xa0
xa0
Vəkil İlkin Mustafa APA-ya bildirib ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə zərərçəkmiş şəxs qismində Kamran Ağababayev ifadə verib. O, ibtidai istintaqa ifadəsini təkzib edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.xa0

Sonra prosesdə iki şahid dindirilib.xa0

Proses avqustun 31-də davam etdiriləcək.
xa0
İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
xa0
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
xa0
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
xa0
Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

End of content

No more pages to load

RADİO